Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
ULDUZ

Polad Bülbüloğlunun doğum günüdür

04-02-2014


     Xalq artisti, bəstəkar-müğənni, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun doğum günüdür.Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbülü götürüb. 1973-cü ildən əməkdar incəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb. 

    Bülbülün oğludur.  Polad bəy bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Filmlәrә, dram tamaşalarına musiqilərin, simfoniya, vә sairə әsәrlәrin müәllifidir. Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatı ilə təltif edilib.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
    O, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. Biz də Muz tv olaraq xalq artistini doğum günü münasibəti ilə təbrik edirik.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

783 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel