Modelin geyimi başına bəla oldu - foto
Pantomima Teatrı yeni tamaşasını göstərdi
Seren həyat yoldaşı ilə dodaq-dodağa
Hacı İsmayılov arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Dilarənin "Azərbaycan" layihəsi reallaşdı - foto+video

13-09-2018


Müğənni Dilarə Kazımova yeni layihəsini təqdim edib.

Muztv.az xəbər verir ki, ifaçı "Azərbaycan" adlı mahnını ekranlaşdırıb.

"Boulevard hotel"də baş tutan tədbirdə Dilarə geyimi və rəqsi ilə qonaqları heyran edib. Kazımova gecəyə iki tərəfdən uzun yarığı olan qırmızı libasda gəlib.

Layihə haqda danışan sənətçi bunları deyib:

“Belə bir möhtəşəm layihəyə imza atdığım üçün qürur duyuram. Aylardır üzərində çalışdığımız işin bəhrəsini görmək hər birimiz üçün xoşdur. Çox danışmaq istəmirəm. Əminəm ki, bu iş çoxlarında maraq oyadacaq.”

Təqdimatda şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilər Elnarə Xəlilova, Roza Zərgərli, rəqqasə Fatimə və başqaları olub. 

Xatırladaq ki, 82 nəfərlik heyətlə ərsəyə gətirilən işin hazırlıqlarına bu ilin yanvarında başlanılıb. (Axşam.az)

Foto: İlqam CƏBİYEV

































635 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr












14 Noyabr