Müğənni imicində dəyişiklik etdi - foto
Müğənni-aktrisa karantin günlərindən danışdı
Nəsrin “Instagram”ı partlatdı
Amerikalı repçi həbsxanadan buraxıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Dəmət Akalın doğumdan əvvəl vəziyyətini yazacaq

01-02-2014


    Bu ay övladını dünyaya gətirməyə hazırlaşan türkiyəli müğənni Dəmət Akalın bununla bağlı açıqlama verib. Sənətçi çox gərgin olduğunu deyib: "Çox həyəcanlıyam. Vəsiyyətimi yazacağam. Həyatda hər şey olur. İlk günlərdə xəstəxanaya heç kimin gəlməsini istəmirəm. Çünki həmin günlər çox əsəbi olacağam". Dəmətin həkimi isə doğumun fevralın 14-dək baş tutacağını gözlədiyini qeyd edib. Xatırladaq ki, iş adamı Okan Kurtla evli olan Akalın qızını Hira adlandıracaq.

  “Victoria`s secret”-in ən gözəl modellərindən Alessandra Ambrosio Mayamidə kataloq çəkilişlərinə qatılıb. Adriana Lima, Bahati Prinslo və Lais Ribeiro kimi məşhurların da qatıldığı  çəkilişlərdə modellər brendin yeni məhsullarını tanıdıblar.

   Türkiyəli müğənni Hande Yener sevgilisi Ozan Öğütlə gecə klubunda əylənib. Cütlük gecəboyu səmimi davranışları ilə diqqət çəkib. Qucaqlaşıb rəqs edən tərəflər dodaq-dodağa öpüşməkdən də çəkinməyib. 41 yaşlı Hande Yener sevgilisinə gözlənilməz jest edib. Belə ki, müğənni 200 lirə verərək Ozana gül alıb. Görüntülənmək istəməyən cütlük məkanı arxa qapıdan tərk edib.

   44 yaşlı Cennifer Lopez heyranlarını hədiyyə edərək yeni klipini təqdim edib. “Same girl” adlanan sinql ulduzun tezliklə işıq üzü görəcək albomuna da daxil ediləcək. Video çarxın rejissoru Stiven Homillondur. Cenniferin yeni musiqi toplusunun “The Bronx” adlandırılacağı və 2002-ci ildə təqdim edilən “Jenny from the Block”-un davamı olacağı söylənilir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

1000 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Aprel
































4 Aprel