ULDUZ
Hollivud aktyoru Rusiya XİN-də işə düzəldi
06-08-2018

Hollivud aktyoru Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyində (XİN) işə düzəlib.
Muztv.az xarici mətbuata istinadla xəbər verir ki, o, nazirlikdə Rusiya-ABŞ humanitar əlaqələri məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub. Aktyor bu işdən maaş almayacaq.
S.Siqal 2016-cı ildən Rusiya vətəndaşıdır. Pasportu ona Rusiya prezidenti Vladimir Putin şəxsən təqdim edib. Eyni ildə aktyor Serbiya vətəndaşı olub. Bundan başqa, onun Amerika vətəndaşlığı da var.
Xatırladq ki, 50-dən çox ekran işinə çəkilən aktyor adətən döyüş filmlərində oynadığı rollarla yadda qalıb.
452 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral
17 Fevral