Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Baba Vəziroğlu 60 yaşını qeyd edir

10-01-2014


   Bu günəməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 yaşı tamam olur.O, doğum gününü yaxın dostları və ailəsi ilə qeyd edəcək. İlk təbriki dostu, millət vəkili Novruz Aslandan alan əməkdar incəsənət xadimi ona dəyər verən hər kəsə təşəkkürünü bildirib. Xatırladaq ki, onlarla kitabın müəllifi olan Baba Vəziroğlunun şeirlərinə Kamal, Faiq Sücəddinov, Eldar Mansurov, Elçin İmanov kimi bəstəkarlar mahnı yazıb.

   Xalq artisti Aygün Kazımova yanvarın 26-da ad gününü təmtəraqlı şəkildə qeyd edəcək. Müğənni artıq indidən hədiyyələr alır. Belə ki, xalq artistini ilk təbrik edən klipmeyker Zöhrab Ağayev olub. O, sənətçiyə ətir və dəyərli üzük bağışlayıb. Hədiyyələrinin fotosunu İnstaqram səhifəsində paylaşan sənətçi “Ad günü hədiyyələrim artıq başlayıb. İlk hədiyyəmi bu gün aldım” sözlərini yazıb.

   Prodüser Təranə Səmədova uzun müddətdir birlikdə çalışdığı sənətçi Lamiyə Novruzovadan ayrılıb. Axşam.az-ın məlumatına görə, Təranə yeni ifaçı ilə işbirliyinə başlayıb. Prodüser əməkdaşımızla söhbətində bundan sonra müğənni Zarina ilə işləyəcəyini deyib: “Mən heç vaxt işsiz qalmıram. Lamiyə tənbəl idi, ona iş gördürə bilmirdim, çox əsəbiləşirdim. Qərar verdik ki, işbirliyinə son qoyaq. İndi Zarina ilə çalışıram. Çox çalışqan qızdır. Üzərində işləməyi bacarır, yenilik etməyə can atır”.

   Müğənni Xumar Qədimova 2014-cü ilə yeni mahnısı ilə qədəm qoyub.Sənətçi türk musiqisi olan “Təsbeh” mahnısını ifa edib. İfaçı yeni mahnının bəyəniləcəyinə inanır. 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

1000 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel