Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya və Samir Cavadzadədən yeni duet

09-01-2014


    Samir Cavadzadə sənət fəaliyyətində irəliləyişlər olmamasının günahını vaxtı ilə qatıldığı “Avroviziya” mahnı yarışmasında görüb. Baxmayaraq ki, həmin müsabiqədə Azərbaycana birincilik gətirdikdən sonra məşhurlaşan Eldar və Nigar hələ də fəaliyyət göstərirlər. Müğənni özü gündəmdə olmasa da, onların uğuruna sevindiyini söyləyib: “ Bu əgər mənim içimdən gəlmirsə, nəyəsə görə oxumayacağam. Üzdə qalmaqdan ötəri mən yalandan heç nə etməyəcəm. Unudulmaqdan qorxmuram”.

Amma ataların “Yatdın, batdın” məsəlini Samirə şamil etmək olmaz. Çünki onu qış yuxusundan çox yaxın dostu və həmkarı Röya oyadacaq. Cütlükdən yaxın zamanda yeni duet gələcək. Röyanın sözlərinə görə, mahnının bəstəsi Pərviz Mahmudova aiddir. Şıltaq ulduzumuzun ayağı düşərli olub. Çünki Cavadzadə yaz ayının sonlarında mini konsert verəcəyini deyib.

   Nəzərinizə çatdıraq ki, Samir Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını yeni aranjemanda və tam fərqli şəkildə ifa edəcəyini deyib.

 

Sevda Məmmədova

Ramal Gülməmmədov

 

Muz-Tv.az

 

1129 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel