Müğənni COVID-19-a yoluxdu
"Hamımız günahkarıq" - müğənni
Müğənni koronavirus şübhəsi ilə test olundu
Xatirə efirə qaşlı maska çıxdı

Facebook instagram Twitter Youtube
ULDUZ

“Qara panter”dən möhtəşəm şəkillər

08-01-2014


    Məşhur model, “Qara panter” ləqəbli Naomi Kempbell “Harper's Bazaar” jurnalının üz qabığını bəzəyib. O, dərginin yanvar buraxılışı üçün kamera qarşısına keçib. Ağ-qara fotosessiyada Naomi “Dolce & Gabbana” brendinin geyimlərini nümayiş etdirib. 44 yaşlı supermodel olduqca gəncə və təravətli görünüb. 

    Boşandıqdan sonra məşhur aktrisa Demi Murun özünə gənc sevgili tapması haqda söz-söhbətlər səngimək bilmir. 51 yaşlı aktrisanın məşuqunun kimliyi bəlli olub. Bu, 27 yaşlı Şon Fraydeydir. O, “Dead Sara” rok qrupunun baranban ifaçısıdır. Şon Demi Murun böyük qızı Rumer Uillislə dostdur. Rumer anasını “Dead Sara” qrupunun konsertinə gətirib və cütlük orada tanış olub. Hazırda Demi sevgilisi ilə olduqca xoşbəxt görünür. 

    "Yarpaq tökümü" teleserialında "Əli Rza bəy" obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Halil Ergün çətin günlərini yaşayır.67 yaşlı aktyor təxminən, 55 min AZN təzminat ödəməlidir.Buna səbəb sənətçinin rol aldığı "Gün axşam oldu" teleserialının yayımının 4-cü hissədə dayandırılması olub. Halil Ergün 1 illik müqavilə imzaladığı üçün məvacibinin bir hissəsini alıb. Lakin məhkəmənin qərarı ilə aktyor çəkilməyən teleseriala görə qazandığı pulun 140 min lirəsini geri qaytarmalıdır.
    Məşhur amerikalı aktrisa Kameron Diaz hər zaman öz zahiri görünüşü və cavanlığı ilə diqqət çəkir. 42 yaşlı ulduzun saçları ağarsa da, o, bunu özünə kompleks etmir. Aktrisa artıq ətrafdakıların onu olduğu kimi qəbul etməsini istədiyini söyləyib. Dalğalı və cazibədar saçlar, gözəl bədən quruluşu üçün mübarizə aparmayacağını deyən Kameron “The body book” adlı yeni kitabının nümayişində təəccüb yaradıb. Dəbli geyimi və gözəl bədəni ilə diqqət çəkən aktrisa ağ saçları ilə qəribə təəssürat oyadıb. Xatırladaq ki, Kameron Diaz bu kitabında formada qalmağın sirlərindən, uğurlu pəhrizdən və arıqlamağın bilinməyən tərəflərindən danışır. 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

1022 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Aprel


























3 Aprel