Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev: “Ara vurmaq asandır, amma...”

07-01-2014


   Sükunəti ilə də rəqiblərinin cavabını verməyi bacaran xalq artisti Faiq Ağayev yeni layihələri, yola saldığımız ildə baş tutan barışıqları haqda səmimi söhbətləri ilə Muz Tv-nin qonağıdır.

   Artıq xəbər verdiyimiz kimi Faiq bəy  ötən il bir çox əhəmiyyətli barışıqlara imza atıb. Bunlar arasında xüsusilə diqqət çəkəni isə xalq artisti Nisə Qasımova və prodüser Toliklə küsülülüyün bitməsi idi. Sənətçi ad çəkməsə də üstüörtülü olaraq bu barışıqlardan məmnun olduğunu bildirərək ara vurmaq istəyənlərə də söz atıb.

Hər ilin dekabrında doğum gününü qeyd edən və bu münasibətlə konsert verən Faiq bəy bu il nədənsə ənənəsinə xilaf çıxıb. Amma xalq artistinin heyranları heç də üzülməsinlər. Çünki sənətçi 2014-cü ildə mütləq konsert verəcəyini bildirib.

   Bundan başqa, xalq artisti yaradıcılığındakı yenilikləri də heyranları ilə bölüşüb. Bu yaxınlarda “Dostlar” qrupu ilə “Biri varmış, biri yoxmuş” duetini təqdim edən sənətçi yeni mahnılarının da müjdəsini verib. Qeyd edək ki, artıq radiolarda xalq artistinin “Riyaziyyat” adlı yeni mahnısını da eşidə bilərsiniz.

 

Sahilə Aslanova

Ramal Gülməmmədov

 

Muz-Tv.az

955 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel