Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?
Müğənni vəsiyyətini açıqladı
Xloe Luqnan da özünə sevgili tapdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Castin Biber yenidən Selena Qomezlə barışdı

07-01-2014


    Kanadalı müğənni Castin Biber tez-tez küsüb-barışdığı sevgilisi Selena Qomezlə yenidən birlikdədir. Sənətçinin Selena il birlikdə çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşması hər kəsi belə düşünməyə vadar edib. 19 yaşlı Biber fotonun altına “Mənə baxışını sevirəm” deyə yazıb. Ulduzun bu davranışı aylar sonra ilk dəfə keçən həftə birlikdə görülən cütlüyün barışdığı iddialarına yol açıb.

    Türkiyəli müğənni Yeşim Salkımın 23 yaşlı qızı Gizəm ailə həyatı qurur. Məlumata görə, gənc xanıma evlənmə təklifi edən anası türk, atası Səudiyyə ərəbistanlı, 21 yaşlı Yusuf təsdiq cavabı alıb. Gələcək qayınana Yeşim Salkım kürəkəni və qızı ilə çəkdirdiyi fotonu sosial mediada “Ailəmizə xoş gəldin, sevimli kürəkənim” yazısı ilə paylaşıb.

    Filipp Kirkorov övladları ilə birlikdə Dubayda istirahət edir. Ulduz körpələrinin ilk tətillərindən fotoları heyranları ilə paylaşmağı da unutmur. Belə ki, müğənninin İnstaqramda sonra yayımladığı şəkildə Alla-Viktoriya və Martin məşhur Burj al Arab otelinin fonunda çimərlikdə əylənirlər. “Kimin ağlına gələrdi ki?! Alla-Viktoriya, Martin və səhər çimərliyi” –deyə Filipp fotonun altında qeyd edib.

    Yeni ildə daha iki məşhurun eşq münasibətləri ortaya çıxıb. Belə ki, aktrisa Mərvə Boluğur və müğənni Murad Dalkılıç əyləndikləri məkanın çıxışında kameralara tuş gəlib. Yeni sevgililər Murad Boz və Eliz Sakuçoğlu cütlüyü ilə birlikdə şam yeməyi yeyib. Restorandan əl-ələ çıxan Boluğur və Dalkılıç suallara cavab verməkdən imtina edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

 

 

 

696 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Fevral




















15 Fevral