Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?
Müğənni vəsiyyətini açıqladı
Xloe Luqnan da özünə sevgili tapdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Tolik Aygün Kazımovaya möhtəşəm ad günü təşkil edəcək

07-01-2014


    Prodüser Tolik xalq artisti Aygün Kazımovanın ad gününə hazırlaşır. Məlumatına görə, Tolik həmin gün karnaval keçirəcəyini bildirib: “Ad günündə karnaval parti təşkil edəcəm. Bütün şou-biznes nümayəndələrinə tapşırılacaq, özlərini hansı obrazda görürlərsə, o geyimdə gəlsinlər. Yəni bu, maskarad kimi bir gecədir. Tədbirin baş tutacağı məkanda dizayn da fərqlidir. Hazırda Tailanddayam. Bakıya qayıdandan sonra məkanı dəqiqləşdirəcəyəm. Bütün təşkilatçılıq işləri ilə özüm məşğulam”. A. Kazımovaya hazırladığı hədiyyədən danışan Tolik ona sürpriz hazırladığını deyib: “Mənim hədiyyəm fərqli olacaq. Onu isə hamı ancaq ad günündə görəcək.Bir də tədbir pərəstişkarlar üçün deyil. Burada ancaq Aygün xanımın sənət dostları və yaxınları iştirak edəcəklər”. Qeyd edək ki, xalq artistinin ad günü yanvarın 26-da baş tutacaq.

   Müğənni Samir Piriyev 2014-cü ildə ilk mahnısını təqdim edib. Axşam.az-ın məlumatına görə, “Ayıl, ürəyim” adlanan mahnının sözləri və musiqisi İlkin Həsənə aiddir. Sənətçinin yeni mahnısını sevənləri tərəfindən maraqla qarşılanıb.

   Hər zaman fərqli imici ilə tamaşaçıları təəccübləndirən əməkdar artist Elza Seyidcahan yeni fotosessiya etdirib. Bu dəfə müğənni buta fiquru ilə şəkil çəkdirib. E.Seyidcahanın həmin fotolarını sizlərə təqdim edirik.

    Rəqqasə Oksana Rəsulova 2014-cü ildəki planlarından danışıb. Sənətçi axşam.az saytına açıqlamasında bu ili ancaq sənətinə həsr edəcəyini bildirib: 
“Mənim üçün şəxsi həyat bitdi. Bundan sonra ancaq sənətimə fikir verəcəyəm. Evlilik təklifləri də gəlir, sevgi etirafları da olur. Amma heç birini yaxınıma buraxmıram. Sevgi mənim üçün ölüb. 2014-cü ildə yeni rəqslər, kliplər təqdim edəcəyəm. Daha yüksək nailiyyətlər əldə etməkdə iddialıyam”.

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

847 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Fevral




















15 Fevral