Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarovun köməkçisi səhnədə yıxıldı

06-01-2014


   Bəstəkar-ifaçı Emin Ağalarovun Moskvada “Crocus city hall”da baş tutan konsertində maraqlı hadisə yaşanıb.  Axşam.az-ın məlumatına görə, ifaçıya təqdim edilən gülü götürmək üçün səhnəyə gələn köməkçisi yıxılıb. Müğənni həmin gülməli anın videosunu sosial şəbəkədəki profilində paylaşıb.

   Müğənni Lalə Məmmədova ikinci dəfə ana olub. Əməkdar artist Bakıdakı 2 saylı doğum evində qız uşağı dünyaya gətirib. Xəstəxanadan verilən məlumata görə, qızcığaz təbii yolla doğulub. Hazırda ana və körpənin vəziyyəti yaxşıdır. Xatırladaq ki, Lalə Məmmədovanın daha bir qız övladı var.

    Rəqqasə Oksana Rəsulova yeni klip çəkdirməyə hazırlaşır. Sənətçi açıqlamasında nağara ifaçısı Elşadın ona mahnı yazdığını bildirib: “İstedadlı nağara ifaçısı Elşad mənim üçün gözəl mahnı hazırlayıb. Azərbaycan və hind ritmlərinin sintezidir. Yanvarın 14-də çəkilişlərə başlayacağıq. Onun təqdimatını da keçirməyi düşünürəm. Fərqli bir klip olacaq”.

   Müğənni Azad Şabanov yeni layihə hazırlayır.  Sənətçi bu dəfə filmlərin saundtreklərini səsləndirəcək. Onun müraciət edəcəyi ilk film isə “Qaynana” olacaq. Azad bu ekran işində yer alan bütün mahnıları yeni aranjimanda təqdim etməyə hazırlaşır: “Bu, böyük bir layihədir. Azərbaycanın gözəl filmlərinin musiqilərini yenidən səsləndirəcəyəm. İlk müraciət edəcəyim film isə “Qaynana” olacaq”.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

703 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel