Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?
Müğənni vəsiyyətini açıqladı
Xloe Luqnan da özünə sevgili tapdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Cennifer Lopez və Mark Entonini məhkəməyə verdilər

30-12-2013


   Məşhur müğənni Cennifer Lopes və keçmiş həyat yoldaşı Mark Entoni böyük bir qalmaqalla üz-üzə qalıblar. Belə ki, amerikalı prodüser Con Ceykobs bu günlərdə 25 milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə müraciət edib. O, cütlüyü 2012-ci ildə yayımlanan “Q'Viva! The Chosen” şousunun ideyasını oğurlamaqda günahlandırıb. Ceykobsun sözlərinə görə, ölkəni gəzib istedadlar axtaran iki latın amerikalı məşhurun yer aldığı verilişin süjet xətti prodüserə məxsusdur. Hazırda məhkəmə Con Ceykobsun şikayətini dəyərləndirir. Cennifer və Mark cütlüyü isə məsələni şərh etməkdən imtina edib.

   Sevgilisi Ceylan Çapadan ayrılması ilə gündəmə gələn yaraşıqlı aktyor Burak Özçivit münasibətləri haqqında son nöqtəni qoyaraq sosial şəbəkədə ”Sevgi bitdi, işimin başındayam” yazılı foto paylaşıb. Rol aldığı serialdan əlavə yeni restoranı ilə məşğul olan aktyor gününün çox hissəsini həmin məkanda keçirir.

   Şakira və futbolçu sevgilisi Jerar Pike ilə Milad bayramını qeyd ediblər. 11 aylıq oğulları Milanın ilk bayramı olan bu özəl gecədə Pike bol-bol şəkillər çəkərək sosial şəbəkədə paylaşıb.  Heyranlarının da Yeni ilini təbrik edən cütlük daha sonra Parisə bayram tətilinə gedib. Futbolçu Luvr muzeyində məşhur “Mona Liza” portreti qarşısında çəkdirdikləri fotonu da “Öz Cokondamla Luvrda” şərhi ilə paylaşıb.

   Məşhur pop ulduzu Britni Spirs 2 il davam edəcək “Piece of Me” şousunun ilk gecəsində qeyri-adi performansı ilə hər kəsi təəccübləndirib. Los Ancelesdə reallaşan konsertdə Spirs həm geyimləri, həm də rəqsləri ilə tamaşaçıları coşdurub. Bir çox məşhurun da yer aldığı gecədə Selena Qomez, Mayli Sayrus və Keti Perri müğənnini ön sıralardan izləyib. Spirsin anası və bacısı ilə yan-yana oturan Sayrus çılğın rəqsləri ilə diqqət çəkib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

860 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Fevral




















15 Fevral