Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?
Müğənni vəsiyyətini açıqladı
Xloe Luqnan da özünə sevgili tapdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür

28-12-2013


    Bu gün xalq artisti Zeynəb Xanlarovanın 77 yaşı tamam olur. O, 1936-cı ildə Bakıda dünyaya gəlib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Zeynəb Xanlarova həm də uzun illərdir, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. Dünyanın bir çox ölkələrində konsertlər verib. Biz də sonda “Muz Life” komandası olaraq xalq artistini ad günü münasibətilə təbrik edirik.

    Bu gün ad gününü qeyd edən məşhurlar arasında  əməkdar artist Manana Caparidze və eləcə də müğənni Sevda Yahyayeva var.

 35 yaşını qeyd edən Manana Gürcüstanın Tbilisi şəhərində anadan olub. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda məşhur olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib. Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurub və noyabrın 10-da qız uşağını dünyaya gətirib.

Bu günü dostları ilə qeyd edəcək Sevda Yahyayeva isə heç kimdən özəl hədiyyə gözləmədiyini deyib: “Ad günümü heç vaxt qeyd etməmişəm. Bu il dostlarımla birlikdə keçirəcəyəm. İlk dəfə 20 yaşım olanda anamdan dəyərli və maraqlı hədiyyə almışam. Mənə gəlincik bağışlamışdı. Təəccübləndim ki, bu nədir? Amma çox sevdiyim hədiyyə idi. Özəl hədiyyə gözlədiyim insan yoxdur. Mənim üçün ən önəmlisi təbriklərdir. İndiyə kimi aldığım bütün hədiyyələri saxlayıram. Eləcə də səhnə geyimlərimi. Heç kimə vermirəm, atmıram da”.

     Xalq artisti Brilliant Dadaşova ilə müğənni Ramal İsrafilov arasındakı buzlar əriyib. Axşam.az-ın məlumatına görə, “Aləm gözəl” mahnısı üstündə aralarında söz-söhbət yaranan ifaçılar uzun müddətdir ki, danışmırdı. Bayram çəkilişində bir araya gələn məşhurlar barışıb. Ramal xalq artisti ilə çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşıb. Xatırladaq ki, Brilliant Dadaşova “Aləm gözəl” mahnısını öz istəyi ilə Ramala bəstələtdirdiyini bildirib. O, mahnını özəl olaraq oxumağı arzulasa da, bu baş tutmayıb. Brilliant Dadaşovadan əvvəl mahnının Ramal özü və əməkdar artist Abbas Bağırov səsləndirib. Hətta bəstənin Anar Məmmədova aid olduğu da deyilib.

     Müğənni Xatirə İslam əməliyyat olunacaq. Axşam.az-ın məlumatına görə, o, nəhayət ki, istədiyi həkimi tapdığını söyləyib: “Çox qorxsam da, bu addımı atacağam. Qərarım ciddidir. Burnumu əməliyyat etdirərək fərqli görünüşə sahib olmaq istəyirəm.”


Sərvər Mehdiyev

 

Muz-Tv.az

880 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Fevral




















15 Fevral