Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?
Müğənni vəsiyyətini açıqladı
Xloe Luqnan da özünə sevgili tapdı

Facebook instagram Twitter Youtube
ULDUZ

İlin ən populyar musiqiçiləri açıqlandı

28-12-2013


     “Google” il ərzində adı ən çox axtarışa verilən məşhurların reytinq siyahısını açıqlayıb.  İlk sıraya bu yaxınlarda “Diamonds” adlı dünya turnesini sonlandıran Rihanna layiq görülüb. Siyahıda yer alan digər məşhurlar isə söz-söhbətə səbəb olub. Belə ki, qalmaqallı Mayli Sayrus və bu yaxınlarda yeni albom təqdim edən Britni Spirs sıralamanın son pilləsi ilə kifayətlənməli olub. Həmçinin M.İ.A və Lana Del Rey də bu reytinq cədvəlində yer alıb.

      Ebru Gündəş münsif heyəti olduğu “O Səs Türkiyə” yarışmasının yeni il çəkilişlərinə qatılmamaq qərarı almışdı. Prodüser Acun İlıcalı proqramın bayram çəkilişləri üçün Hülya Avşarla razılaşıb. Dekabrın 31-də Ebru Gündəşin yerinə münsif kürsüsünə  Hülya Avşar əyləşəcək. Yarışmanın digər bölümlərində isə Ebru Gündəş yer alacacaq.

      Conni Depp sevgilisi Ember Herdə bayram hədiyyəsinə 50 min dollar xərcləyəcək.  Belə ki, Hollivud ulduzu Milad bayramında Emberə zinət əşyası bağışlayacaq. Deppin hədiyyə olaraq damcı formalı platin sırğa seçdiyi bildirilir. Sırğanın üzərindəki 2 karatlıq brilyantlar isə əşyaya xüsusi gözəllik verir.

      Amerikalı müğənni Castin Timberleyk uzun müddətdir cəmiyyət arasına Cessika Bilsiz çıxması diqqətdən yayınmayıb. Qərb mətbuatı cütlüyün boşanmağa hazırlaşdığını iddia edib. Şayiələr Cessikanın şou-proqramlardan birinə Castinsiz qatılması ilə başlayıb. Castinin də evlilik üzüyünü daha taxmaması iddiaları gücləndirib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az 

1099 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Fevral




















15 Fevral