Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümü başa vurdu - foto
Günel Zeynalova açıq-saçıq geyindi - foto
Əməkdar Artist fərqli geyimlə gündəmə gəldi - foto
Əməkdar Artist: "Oğluma oxuyan qız almıram" - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar Artistin bahalı marka geyimləri - foto

12-07-2018


Dünya ulduzlarının qarderobu ilə bağlı hər dəfə müxtəlif yazılar rastımıza çıxır. Onların 20, 30, hətta yüz minlik geyimlərini belə təəccüblə izləyirik. Hətta bu yaxınlarda məşhur ulduz Kayli Cennerin təkcə çanta kolleksiyasının dəyərinin 1 milyon dollar olduğu açıqlanmışdı. Azərbaycanlı müğənnilərin də geyimlərinin qiyməti hər zaman maraqlı olub.

Muztv.az xəbər verir ki, son günlər əməkdar artist Röya Ayxan bahalı geyimləri və aksessuarlari ilə gündəmdən düşmür. Hər dəfə sənətçinin bir paltarının qiyməti açıqlanır. 

Müğənni bu libasına 8582 manat (6800 Avstraliya dolları) ödəyib. Paltar Avstaliyada yaşayan tanınmış dizayner Həcər Qala tərəfindən hazırlanıb. 

Digər paltar isə “Nueve Collection” brendinə məxsusdur.  Ruşen Denizlili imzalı libas tamamilə əl işidir.  Sənətçi geyimə sahib olmaq üçün 5167 manat (3063 dollar) ödəyib.

Röyanın şalvar və koftası da bahalı brendin istehsalıdır. Belə ki, Röya Alberta Ferretti markasının koftasını geyinib. Onun qiyməti 1181 manatdır. Sənətçinin şalvarı isə Martin Grant brendindəndir. Qiyməti isə 1468 manatdır.

Bu gün isə İnstaqramdakı “Kim hardan geyinir” səhifəsi ifaçının aksesuarlarının qiymətini yazıb. Onun “Cartier” brendinə məxsus qolbaqlarının qiyməti 36 min dollar, yəni 61 min 200 manatdır. “Allessandra Rich”dən olan sırğalarının isə 336 dollar (571 manat) qiyməti var.

Digər libas isə Alexander Terekhov brendindəndir. Qiyməti 1682 dollar, təxminən 2873 manatdır.

Təkcə bu siyahıda yer alan geyimlərin qiyməti 80 471 manatdır. 

Müğənninin bahalı qarderobunun bir hissəsini təqdim edirik:

 













143 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 İyul
















































15 İyul