Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
ULDUZ

Zamiq Hüseynov onu "oğru" adlandıranlara cavab verdi: "Məni qətiyyən narahat etmir"

10-07-2018


Səhnəmizin xarizmatik müğənnisi Zamiq Hüseynov  “Muz life” kamerası qarşısına keçərək yeni klipindən söz açıb.

Muztv.az xəbər verir ki, sənətçi sözləri və musiqisi İsmayıl Əsədova məxsus, 2005-ci ildə ifa etdiyi “Varmı” adlı mahnısını yenidən aranjiman etdirərək  ekran həyatı verib.

Qızmar yay aylarında istirahətə yox, yaradıcılığına üstünlük verən Zamiq klip üçün fərqli obraza girib:

“Klip insanın gözünü yormur, xoş təsir bağışlayır. Həm xanımlar, həm də orada oxuyan oğlan çox gözəldir. Klipin rejissoru Əli Fərhaddır”.

Z.Hüseynov yeni layihəsində stilislik də edib. Amma onun bu addımı heç də müsbət qarşılanmayıb. Belə ki, ekran əsərindəki geyimlərin məşhur müğənni Dua Lipanin  “İdgaf” adlı klipindəki kostyumlarla eyni olduğu üçün Zamiqi sosial şəbəkələrdə “oğru” adlandırıblar:

“Çox təəssüf olsun ki, bəzi insanlar “oğru” adlandırır. Ümumiyyətlə, özümüz-özümüzü “oğru” adlandırırıq. Mən istəməzdim belə olsun. Nəsə axtarırlar ki, desinlər oğurluqdur. Başqa işləri yoxdur. Guya bununla reytinq qazanırlar. Biz kimdənsə bəhrələniriksə, onlar da kimlərdənsə bəhrələnirlər. Bu normal haldır və məni qətiyyən narahat etmir. Çünki mən kim olduğumu bilirəm”.
 

111 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17