Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Aktrisalar cəsarətli dekolteləri ilə hər kəsin diqqətini cəlb etdi

13-12-2013


    “GQ” Türkiyə jurnalının “Men of The Year” mükafatlandırma mərasiminə Beren Saatla Bərgüzar Korel damğa vurub. Berenin açıq sinə, Bərgüzarın isə belinə qədər uzanan dərin kürək dekoltesi bütün diqqətləri üzərinə toplamağı bacarıb. Sevgilisi Kənan Doğulu olmadan gecəyə qatılan Beren Saatın məşhur brend imzalı libası xüsusilə qırmızı xalının favoritinə çevrilib.

    41 yaşlı avstraliyalı müğənni Kayli Minoq Twitter və Instagram hesablarından paylaşdığı şəkilləri ilə hər kəsi özünə heyran qoyub. Minoqun bu yaxınlarda “Günün ayaqqabısı” şərhi ilə yayımladığı fotosu fanatları tərəfindən tərif yağışına tutulub. Daha əvvəl xərçəng xəstəliyinə qalib gələn məşhur müğənni gözəl bədən forması və parlaq dərisi ilə də gənc qızları qısqandırmağı bacarıb.

    Soyadının Wikipedia-da Gültəkin yazılmasına əsəbləşən aktrisa Nurgül Yeşilçay üsyan edib. Ulduz Twitter hesabından yayımladığı ismarıcda “Adım və soyadım 7yaşımda necə idisə 70-də də elə qalacaq. Yəni özümə ləqəb götürsəydim “Yeşilçay”götürməzdim hər halda. Bu soyadımla o qədər zarafatlara məruz qalmışam ki” –deyə zarafat edib.

    “Modern faily”-dən aldığı qonorardan əlavə, reklam müqavilələrindən də 30 milyon dollar qazanan Sofiya Verqara jurnallardan birinə maraqlı müsahibə verib. Ulduz: “Pul qazanmağı sevirəm və bunu deməkdən də utanmıram” –deyib. 41 yaşlı aktrisa “İş həyatını sevirəm. Düzünü desəm, xərclədiyimdən daha çox pul yığıram. Gələcəklə bağlı planlarım var” –deyə sözlərinə əlavə edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az 

899 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr