Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

İlhamə Quliyeva: “Natavanla aramızda heç bir problem yoxdur”

13-12-2013


   Bir il əvvəl ürəyindən əməliyyat olunan xalq artisti İlhamə Quliyevanın Mərkəzi Nefçilər Xəstəkanasındakı müayinəsi davam edir. Axşam.az-ın əldə etdiyi məlumata görə, ötən gün sənətçi Natavan Həbibi də müğənnini ziyarətə gedib. Tərəflər arasındakı münasibətlərin əvvəlki qaydasına döndüyü, artıq heç bir problem qalmadığı bəlli olub. İlhamə Quliyeva Natavanın yenə də onun yanında olduğunu və lazımi dəstəyini əsirgəməyəcəyini bildirib. Hər zaman böyüklük göstərib, sənətçilərdən köməkliyini əsirgəməyən xalq artisti sözlərinə bunları əlavə edib:“Natavanla aramızda heç bir problem yoxdur. Münasibətlər əvvəl necə idisə, indi də eyni qaydada davam edir. Hamıya deyirəm ki, dalaşmayın, mehriban olun”. 
   Müğənni Kərim Abbasov formada qalmasının sirrini açıqlayıb.  Sənətçi qreyfrut vasitəsilə arıqladığını deyib: “Mənim üçün arıqlamaqda heç bir problem yoxdur. Çox nadir hallarda pəhriz saxlayıram. Bir az çəkimin artdığını görən kimi idmana gedirəm. Müəllimim Kamilin xüsusi proqramı ilə qısa vaxtda formama qayıdıram. Axşam saat 6-dan sonra heç nə yemirəm. Ağ çörəyi rasionumdan çıxarıram. Çoxlu qreyfrut yeyirəm. Bir də su içmək mütləqdir. Yağlı yeməkləri az yeyib daha çox tərəvəz qəbul edirəm. Beləcə bir həftəyə istədiyim formaya qayıdıram”.

   Əməkdar artist Elza Seyidcahan fərqli saç düzümləri və geyimlərlə hər kəsi təəccübləndirəcək. İfaçı açıqlamasında yeni ideyalarını həyata keçirəcəyini bildirib: “Beynimə çox maraqlı ideyalar gəlib. Özümdən asılı deyil. Məni qeyri-adi qüvvələr idarə edir. Allah mənə bu cür istedad verib. Mən də sevənlərimi təəccübləndirmək üçün həmin istedadı fərqli formada təqdim edirəm. Ötəngünkü Yeni il obrazım böyük səs-küy yaratdı. Bunu dünyada bir Ledi Qaqa etdi, bir də mən. İmkan vermərəm ki, Ledi məni qabaqlasın, keçsin. Bu cür fərqli imicləri həmişə mən edirdim. Hələ qarşıda daha maraqlı ideyalarım var. Hamını şoka salacağam. Mən hər günümü səs-küylü etməyi bacarıram. Başqa müğənnilər kimi yerimdə oturub yalandan boş-boş vədlər vermirəm”. 

    Müğənni Azəri qızı Günel uzun müddət görmədiyi anasına qovuşub. Atası ilə birlikdə Türkiyədə yaşayan sənətçinin anası Bakıda qalır. Günel ötən gün yanına gələn anası ilə fotolarını paylaşaraq hislərini bölüşüb: “Ana qucağı- ən sevdiyim yer. Anam gəldi yanıma, çox xoşbəxtəm”.

 

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

633 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr