Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Mayli Sayrus ilin sənətçisi seçildi

11-12-2013


   MTV musiqi kanalı amerikalı müğənni Mayli Sayrusu ilin sənətçisi seçib. Telekanal ulduzun mahnılarının bu il internet saytlarında ən çox izlənilən video kliplər olduğunu və Sayrusun pop mədəniyyətini gücləndirdiyini söyləyib. Xatırladaq ki, keçən il MTV sözügedən adı “One direction” qrupuna təqdim etmişdi.

   31 yaşlı Cessika Alba yenidən ana olmağa hazırlaşır. Artıq iki qızı olan Alba və həyat yoldaşı Keş Uorren çox xoşbəxt olduqlarını söyləyiblər. Ulduzun yaxınları Cessikanın həyəcanlı olduğunu və bundan sonra ailəsinə daha çox zaman ayıracağını bildirib. Aktrisanın həyat yoldaşı bu dəfə oğullarının dünyaya gələcəyinə ümid etdiklərini deyib.

   Bir zamanlar popun şahzadəsi adlandırılan Britni Spirs yenidən bu titulu geri qaytarmaq fikrindədir. Yeni mahnılar və klip üzərində çalışan ulduz albom da təqdim etməyə hazırlaşır. Belə treklərdən biri “Perfume” adlanır. Yayımlandığı andan etibarən yüz minlərlə insan tərəfindən izlənilən video çarxda Britni əsl sevgidən bəhs edib.

   Qərb mətbuatı 46 yaşlı Hollivud ulduzu Culiya Robertsin yenidən hamilə olduğunu iddia edib. Şayiələrə səbəb paparazzilərin ulduzu həyat yoldaşının valideynlərinin evindən çıxarkən görüntüləməsi olub. Heç vaxt artıq çəkidən şikayətçi olmayan Culiyanın kökəlməsi diqqətdən yayınmayıb. Aktrisanın xüsusilə üzünün şişməsi şübhələrə yol açıb. Xatırladaq ki, Culiya Robertsin üç övladı var.

    Şakira oğlu dünyaya gəldikdən sonra ilk albomunu 2014-cü ildə təqdim etməyə hazırlaşır. Yeni treklər üzərində çalışan 36 yaşlı müğənninin ən səs-küylü işi isə Rihanna ilə birgə ifa edəcəyi duet olacaq. Adı gizli saxlanılan sinqla artıq klip də çəkildiyi iddia edilir. Video çarxın təqdimatı gələn ilin yanvarında gözlənilir. Şakira və Rihanna isə hələ ki xəbəri şərh etmirlər.

    Aktrisa Keyt Uinslet ana olub. Körpə Sasseks qraflığında dünyaya gəlib. Ulduzun menecerinin sözlərinə görə, ana və balaca oğlu özlərini yaxşı hiss edirlər. Körpə 38 yaşlı Uinsletlə 34 yaşlı Ned Roknrollun ilk ortaq övladlarıdır. Xatırladaq ki, cütlük 2012-ci ilin dekabrında ailə həyatı qurub.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

599 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr