Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Byanka Bakıya gələcək

11-12-2013


    Belarusun seksual ulduzu Byanka dekabrın 31-də Bakıya gələcək. Müğənni Yeni il gecəsi “Buta palace”də çıxış edəcək. Gecədə Devid Vendetta və Rusiyanın tanınmış aparıcısı Urqant da yer alacaq. “Urqantın gecəsi” adlanan şouda sürprizlər gözlənilir.

   Əməkdar artist Abbas Bağırov “Dalğalansın bayrağımız” adlı vətənpərvərlik mövzusunda mahnı oxuyub.  Sözləri və musiqisi Tural Bayraməliyevə aid olan bəstə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilib. Tural Bayraməliyevin sözlərinə görə, Yeni il və Həmrəylik günü ərəfəsində təqdim olunacaq mahnıya klip də çəkiləcək. Qeyd edək ki, A.Bağırov hazırda İstanbuldadır. O, 2014-cü ildə işıq üzü görəcək albomunun hazırlıq işləri ilə məşğuldur.

   Əməkdar artist Elza Seyidcahan dünya ulduzu Ledi Qaqanın bu yaxınlarda etdiyi saç düzümünü təkrarlayıb. Müğənni başına bəzədilmiş küknar ağacı qoyub. Yeni il çəkilişlərinə bu formada qatılan sənətçi hamını təəccübləndirib. Elza Seyidcahanın həmin fotolarını təqdim edirik.  Qeyd edək ki, Ledi Qaqa da bu yaxınlarda bayram münasibətilə təşkil edilən tədbirlərin birinə başında bəzədilmiş küknar ağacı ilə qatılıb.

   Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Bunların arasında müğənni Nüşabə Ələsgərli də var. Sənətçi əməkdar artist adına layiq görülüb.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

694 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr