Dilarə Kazımova moped sürdü
Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

"Muğamla əcnəbi musiqinin sintezi ilk dəfə Gülyanaqla məndə olub" - Gülyaz Məmmədova belə dedi

12-06-2018


Muğam sənətini dünyada tanıdan Xalq Artisti Alim Qasımov bir neçə mahnısını əcnəbi musiqi ilə sintez edərək pərəstişkarlarının daha da rəğbətini qazanıb.

Muztv.az xəbər verir ki, Xalq Artisti Gülyaz Məmmədova "Muz Life"yə müsahibəsində ilk dəfə muğamı xarici musiqi ilə sintezini bacısı Xalq Artisti Gülyanaq Məmmədova ilə oxuduğunu bildirib.

“Bu, ilk dəfə bizdə olub. 1998-ci ildə “VVS Music” studiyasında hazırlanıb. İnternetdə də var. “Şur Şahnaz” industrial muğamdır. Biz Gülyanaqla o vaxt həmin muğamı  ifa edəndə böyük bir əks-səda doğurmuşdu. Hətta yaşlı nəsildən sənətkarlar bizi qınadılar ki, muğam hara, industrial, caz hara...”

Haqqında danışılan “Şur Şahnaz” industrial muğama bir neçə il əvvəl klip çəkdirən Gülyaz və Gülyanaq xanım ekran əsərini böyük auditoriya qarşısında təqdim etdiklərini söyləyib:

“Heydər Əliyev Sarayında möhtəşəm bir konsert olmuşdu. Həmin konsertdə “Şur Şahnaz” industrial muğama çəkilən klipin təqdimatı oldu. Həmin tədbirə Müslüm Maqomayev və həyat yoldaşı, Lev Leşenko, İosif Kobzon, Larisa Dolina, Polad Bülbüloğlu, rəhmətlik ilhamə Quliyeva qatılmışdı. Konsertdə ən gənc Azər Zeynalov və mən idim. Həm konsert verdik, həm də klipimiz təqdimatı oldu”.

Bununla bağlı süjetə iyunun 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.


 

111 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21




































20