Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Alla Puqaçova əkiz körpələrini mediaya təqdim etdi

10-12-2013


   Rusiyalı müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin yeni doğulmuş əkiz körpələrini mediaya təqdim ediblər. Ulduzların körpələrini necə böyütmələri Rusiya telekanallarının birində yayımlanıb. Xatırladaq ki, primadonnanın Harri və Liza adlanan körpələri surroqat ana vasitəsilə dünyaya gəlib.

   Devid və Viktoriya Bekhem cütlüyün kiçik qızı Harperin qatı Ledi Qaqa fanatı olduğunu aydınlaşıb. Belə ki, balaca xanım nəinki ulduzun mahnılarını əzbər bilir, hətta onun kimi geyinməyə də çalışır.  Bu yaxınlarda bir mərasimə qatılan məşhur cütlük qızlarının bu istedadından çox məmnun olduğunu bildirib.

   Miranda Kerr “Harpers Bazaar” jurnalının yeni il mövzulu üz qabığında yer alıb. Ulduz bitən evliliyi haqqında maraqlı açıqlamalar verib. “Victoria's Secret”-in dünyaca məşhur modeli “Bir-birimizi hələ də sevirik. Ayrılığa dözmək çox çətindir” – söyləyib.

   Cennifer Lopez Mark Entoni ilə münasibətlərinə son nöqtəni qoymaqüçün yenidən məhkəməyə müraciət edib. Məsələ burasındadır ki, Lopez toydan sonra Entoninin Muniz soyadını götürmüşdü.  İndi isə ulduz öz soyadını geri qaytarmaq istəyir. Bundan başqa, o, 5 yaşlı əkizləri Maks və Emma üzərində ortaq himayəni də rəsmiləşdirmək fikrindədir.  Xatırladaq ki, Cennifer Lopez və Mark Entoni 2004-cüildə evlənib, 2011-ci ildə boşanıblar.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

986 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr