Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

İlhamə Quliyeva Natavanın cavabını verdi

10-12-2013


   Xalq artisti İlhamə Quliyeva müğənni Natavan Həbibinin sənətçi Aygün Kazımovanın ünvanına dediyi xoşagəlməz sözlərə münasibət bildirib. Bu haqda axşam.az saytına açıqlama verən xanım Quliyeva xalq artistini təhqir edən Natavanın cavabını verib. O, heç bir təhqiramiz sözün arxasında durmadığını bildirib: “Mən prezident deyiləm ki, kiməsə titul verəm. Bu adlar sevdiyim insanlara xoş müraciətimdir. Natavana “prinsessa” demişəm. Bu ona haqq qazandırmır ki, gedib xalq artisti Aygün Kazımovanı təhqir etsin. Natavana demək istəyirəm ki, verdiyim tituldan, adımdan istifadə edib, başqalarına nalayiq sözlər deməsin. Xalq artistinin şərəf və ləyaqətinə heç kəs toxunmamalıdır. Hər zaman demişəm: sizdən böyük sənətkara hörmət edin. Natavanın söylədiyi heç bir sözün arxasında dayanmıram. Bunu özümə yaraşdırmaram. Onun Aygün Kazımovanın ünvanına dediyi sözlərin əleyhinəyəm. Demək istəyirəm ki, Natavan Aygünə hörmət etməlidir. Ümumiyyətlə, xalqın sənətkarlarına hörmət etmək lazımdır. Natavan sussun otursun yerində. Böyüyü təhqir etməzlər. Hamısına sözüm odur ki, mehriban olsunlar, dalaşmaq lazım deyil”.

   Meyxanaçı Namiq Qaraçuxurlu Çinə gedəcək. Sənətçi Yeni il bayramını orada keçirəcək. Bu haqda meyxanaçının prodüseri Ataş deyib. O, Namiqin orada yaşayan bir dostundan dəvət aldığını bildirib: “Namiq Yeni il günü Bakıda olmayacaq. Ötən il Çinə getmişdi. Bu dəfə bayramı orada keçirmək qərarına gəlib. Çindəki dostundan dəvət alıb. Bu il Namiq üçün fərqli və daha maraqlı bayram olacaq”.

   Bəstəkar Sevinc Tofiqqızı gənc müğənni Aysel Əlizadəyə yeni bəstəsini təqdim edib. Sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnı “Söylə” adlanır. “Əsəri mənə bəstəkar təqdim edib. Həm Sevinc xanım, həm də Qənirə Paşayevanın birgə yaradıcılığının məhsulu olan mahnını Osman bəyin aranjemanından sonra sevə-sevə səsləndirdim” – deyən sənətçi repertuarına daxil etdiyi “Söylə”ni yaxın günlərdə təqdim edəcək.

   Müğənni İlhamə Qasımova Almaniyaya yola düşür. Bu haqda məlumatı sənətçi özü verib.  O, Almaniyada yerli kanalların birində yayımlanan “İstedad” şousuna dəvət alıb. Şouda qonaq kimi iştirak edəcək İlhamə verilişin dekabrın 11-də baş tutacağını bildirib: “Almaniyada yaxın dostum olan prodüser Daniel məni orada olan bir çox önəmli tədbirlərə dəvət edir. “İstedad” şousu da bunlardan biridir. Burada sırf musiqi istedadı olan gənclər seçilir. Bir gün verilişin qonağı olacağam. Berlində bir neçə gün istirahət etdikdən sonra Bakıya qayıdacağam”.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

607 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr