Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarov Nataliya Oreyronu Rusiyaya dəvət edib

09-12-2013


   Tanınmış aktrisa və müğənni Natalya Oreyro Rusiyaya gəlib.  Axşam.az-nın məlumatına görə, uruqvaylı sənətçi orada 3 gün solo konsert verəcək. Bunlardan ikisi dekabrın 9-u və 10-da "Krokus Siti Holl"da, biri isə dekabrın 12-də Sankt-Peterburqun "Buz sarayı"nda baş tutacaq. Müğənni Rusiya paytaxtına atası, anası, 54 yaşlı həyat yoldaşı Rikardo Molyo və 1 yaşlı oğlu Merlin Ataualpa ilə birgə gəlib. Qeyd edək ki, Natalya Oreyro Rusiyaya "Krokus Group" holdinqin dəvəti ilə gəlib. Azərbaycanlı iş adamı Araz Ağalarov və bəstəkar-ifaçı Emin Ağalarovun şirkəti bir neçə gün əvvəl dünya ulduzu Elton Conu da Moskvaya gətirmişdi.

   Əməkdar artist Elza Seyidcahan yeni qərara gəlib. Müğənni açıqlamasında bundan sonra layihələri ilə bağlı öncədən məlumat verməyəcəyini bildirib. O, digər həmkarlarını incitmək istəmədiyini söyləyib: "Mən danışdıqca boş oturan, heç bir iş görməyən, yalnız qalmaqal edənlər əziyyət çəkir. Uğurlarımı gördükcə ürəkləri partlayır. Bu səbəbdən qərara gəldim ki, yeni layihələrimi əvvəlcədən açıqlamayım. Paxıllığımı çəkənlərə sürpriz edəcəyəm. Hazırda bir neçə yeni mahnı üzərində çalışıram. Maraqlı ideyalarım var”.  Seyidcahan əlində silahla çəkilmiş fotolarından da söz açıb: “Bu, çəkilişlərin birində lentə alınıb. Burada qəhrəman xanım olduğumu bir daha sübut edəcəyəm”.

   Müğənni Ayan Babakişiyeva şou-biznesi daimi gəlir mənbəyi hesab etmədiyini deyib. Sənətçi açıqlamasında biznesə başlayacağını bildirib: "Gələcək üçün ideyalarım var. Qardaşım Samir Babakişiyev bu sahədə təcrübəli və işini bilən biri olduğundan, planlarımı da onunla müştərək qurmağı düşünürəm. Samirin biznes sahəsində mükəmməl ideyaları var. Bunu xarici ölkələrin birində və yaxın gələcək üçün həyata keçirməyi nəzərdə tutmuşuq. Bu seçimim sənətimə mane olmayacaq”. Bununla belə, Ayan biznesinin mahiyyətini hələlik açmaq istəməyib.

   Müğənni Günay İbrahimli aranjimançı Elvin Musayevlə duet oxuyub. “Dəyərmi” adlanan mahnının sözləri Altay Yaşara, musiqisi Elvinin özünə məxsusdur.  Günay açıqlamasında təklifin qarşı tərəfdən gəldiyini bildirib:  “Elvin aranjimançıdır. Heç kim onun gözəl səsi olduğunu bilmirdi. Təklif ondan gəldi və mən də qəbul etdim. Maraqlı alındı”.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

717 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr