Müğənni ikinci dəfə ata oldu
Ebrunun fanatları axın etdilər
Müğənni və aktrisa İtaliyada bal ayındadır
Nura Susi Türkiyədə dincəlir - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

“Maşın” realiti-şouda qalmaqal davam edir - video    

04-06-2018


“M Group Production”nın təşkilati dəstəyi ilə yayımlanan “Maşın 16” öz qalmaqallı sürəti ilə davam edir.

Muztv.az xəbər verir ki, bu dəfə xoşəgəlməz olay teleaparıcı Mətanət Əliverdiyeva ilə müğənni Roza Zərgərli arasında yaşanıb.

Belə ki, səsverməyə çıxan repçi Qurd qalib gələcəyi təqdirdə özünə ən güclü rəqib hesab etdiyi aparıcı İlhamə Bədəlovanın oyundan uzaqlaşdıracağını söyləyib.

İlhaməyə dəstək olan Mətanət “O, mənim iş yoldaşım, həmkarımdır. Dünən də mənə səs istəyib” deyib.

Onun sözlərindən sonra emosiyalarını cilovlaya bilmıəyən Roza Mətanətə “Bu nə deməkdir?! Ya İlhamə, ya da Qurda dəstək ol. İş yoldaşım nə deməkdir? Bu yarışmadır. Onda gərək müğənni müğənnini, eləcə də repçi həmkarını çıxartmasın. Dünən səni Aytən çıxartmalıydı. Səndən hamı bezib” sözlərini çatdırıb.

Mətanətin cavabı da gecikməyib: “Özünü nə yuyulmamış çömçə kimi ortalığa atmısan. Mən Murad Dadaşovla danışıram”.

Əsəbləşən Roza aparıcıya “Danışığına fikir ver, mən sənin üçün Aytən Səfərova deyiləm. 45 yaşın var, tərbiyən olsun” söyləyib. 

Aytən də öz növbəsində “Dünən hamı məni qınadı, düz də etdi. Hər bir insanın səhvi olur. Mənim şəklimi atarsınız. İki gündür gözlədim ki, bəlkə Mətanət susar, amma o sakit dayanmadı. Şəklimi yenidən atarsınız, Mətanət Əliverdiyeva ilə yalnız mən Aytən bacararam deyib.

Xatırladaq ki, Aytən, Roza və Mətanət oyunu davam etdirirlər.

Lamiyə Balacayeva


 

309 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyul






































18 İyul