Elza İbrahimovanın 75 illik yubileyi keçirildi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb. Bəstəkar Oqtay Rəcəbov və şair Vahid Əziz də sənətkarın yaradıcılıq gecəsində iştirak ediblər.
Mərhum bəstəkarın “Ana laylası”, “Gecələr bulaq başı”, “Yoxluğunu bilə-bilə”, “Qayıt”, “Ey vətən!” və onlarca digər əsərlərini tanıyırıq. Xanəndə Eldəniz Məmmədovla yanaşı digər ifaçılar da sənətçinin bu ölməz əsərlərini səsləndiriblər. Bəstələri ilə adını Azərbaycan musiqi tarixinə qızıl; hərflərlə yazdıran Elza xanımın ölməz mahnıları ən böyük səhnələrdə ən qüdrətli sənətkarlar tərəfindən oxunub və hələ də oxunur.
Sevda Məmmədova
Ramal Gülməmmədov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
