Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Dünyaca məşhur cütlük ətdən imtina etdi

06-12-2013


    Cey Zi həyat yoldaşı Beyonsla birlikdə qidalanma tərzlərini tamamilə dəyişdirkilərini rəsmi internet saytlarında elan edib. Yaxın dostlarının məsləhəti ilə başladıqları 22 günlük veqan pəhrizinin ardından ət və heyvani qidalardan tamamilə imtina etmə qərarı aldıqlarını açıqlayan Cey Z bunun çətin olduğunu, amma özünü yaxşı hiss etdiyini deyib. Repçi Beyonsun da çox məmnun olduğunu ifadə edərək bu dəyişikliyin artıq indidən həyatlarına müsbət təsir etdiyini deyib.

    Türkiyəli müğənni Nil Karaibrahimgil hamilə olması ilə bağlı iddialara nəhayət cavab verib. Bəbəkdə kameralara tuş gələn sənətçi gəzən şayiələri təsdiqləyib. “Bəli, doğrudur. 4 ay yarımlıq hamiləyəm. Amma körpənin cinsiyyətini hələ bilmirik” –deyə Nil bildirib.

    Geyindiyi libaslarla gündəmdən düşməyən qalmaqallı müğənni Ledi Qaqa bu dəfə də maye qızıldan hazırlanan geyimlə görülüb. Xatırladaq ki, dünyaca məşhur ulduz bundan əvvəl də geyindiyi Mona Liza rəsmli libası ilə söz-söhbətə səbəb olmuşdu.

    Hər il təntənə ilə qeyd olunan “Victoria’s Secret Show”-nun bu dəfəki qonağı Teylor Svift olub. gənc ulduzun çıxışı hər kəs tərəfindən çox bəyənilsə də mələklərdən biri olan Cessika Hartın Teyloru tənqid etməsi qalmaqala səbəb olub. Hətta sözügedən brend modellə imzaladıqları müqaviləni də ləğv edib. Məhz elə buna görə də “Victoria’s Secret” mələkləri üzrxahlıq məqsədilə Teylor Sviftin “I Knew You Were Trouble” mahnısına məzəli bir klip çəkdirmək qərarına gəliblər. Video çarxda Alessandra Ambrosio, Behanti Prinslu, Dautsen Krez, Adriana Lima və digər modellər iştirak edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

720 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr