Aktyor həyat yoldaşını mərhum repçiyə qısqanıb
Müğənni Sia övladlığa uşaq götürdü
Müğənnilərdən cavab: "Biz dostuq"
Müğənni əsgərlikdə mini konsert verdi - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Zamiq Hüseynov toyunun təxirə salınmasına aydınlıq gətirdi : "Toy olacaq" - eksklüziv

04-06-2018


Bir müddət əvvəl may ayında nikah masasına oturacağını söyləyən müğənni Zamiq Hüseynov toyunun təxirə salınması ilə bağlı "Muz Life"a açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi özəl gününün gerçəkləşəcəyi tarixi sirr saxlamağa çalışıb:
 
“Bu ay deyil. Əslində, olacaq, amma ola bilər, mən demişəm gələn ay, fikirləşiblər ki, toy bu aya düşür. Gələn aylardan birində olacaq”.
 
Aydan adlı xanımla evlənməyi planlaşdıran  Zamiqin toy tarixini hər dəfə  təxirə salması maraq doğurur. Yoxsa, müğənni özəl gününü media əhlindən xəbərsiz keçirmək istəyir?

Sevilən ifaçı bu məsələyə də aydınlıq gətirib: “Yox, elə şey olar? Ən azından hamımız bir ailəyik. Bizim bir-birimizdən xəbərdar olmamağımız mümkün deyil. Dostlarımız, mühitimiz eynidir. Kimə dəvətnamə getsə, biləcəksiniz”.
 
Xatırladaq ki, Zamiqin ailə həyatı quracağı xanım uzun illər Rusiyada yaşayıb. Müğənni Aydan ilə neçə ildir eşq yaşayır.

Bununla bağlı süjetə iyunun 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Şirin Zöhrabova

 

395 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar






































20 Yanvar