Fahriye Evcendən rəngarəng fotolar
Xatun yeni fotosessiya etdirir
Safuranın oğlu ilə yeni fotosu
 Günelin 300 cüt ayaqqabısı var

Facebook instagram Twitter Youtube
ULDUZ

Bakıda moda həftəsinin 7-ci mövsümü başlayır

16-05-2018


Bu il mayın 17-dən 19-dək Bakıda "Fairmont Baku Flame Towers" otelinin dəstəyi ilə Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək.

Muztv.az xəbər verir ki, ilk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək.

Bu mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.

Moda həftəsi ərzində Azerbaijan Fashion Week Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Son əsrin dəb təkamülünü görmək mümkün olacaq.

2018/2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənirlər, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün nəsə yeni geyim seçmək imkanı yaratmaqdır.

Öz fəaliyyəti dövründə yüksək səviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində, Azərbaycan Fashion Week təşkilati komitəsi, ölkəni və regionu fashion-cəmiyyətində tanınmasını beynəlxalq səviyyəyə yüksəldilməsi adına, müxtəlif ölkələrdə keçırilən moda həftəsi ilə bir cox tərəfdaşlıq müqavilələri bağlayıb. Hal-hazırda Mercedes-Benz Fashion Week Russia, Kazakhstan Fashion Week, Tbilisi Fashion Week, Caspian Fashion Week, Belarus Fashion Week, Krasnodar Fashion Week – Azerbaijan Fashion Week-in tərəfdaşlarıdır. Bir neçə gün əvvəl Volqa Fashion Week ilə razılaşma imzalandı. Beləliklə, onlar da Azerbaijan Fashion Week-in şərəfli qonaqları arasında olacaqlar.

Tədbirlərin cədvəli, məkanların siyahısı, dizaynerlər haqda daha ətraflı http://www.afw.az/az saytından məlumat əldə edə bilərsiniz.

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May












































25 May