Fahriye Evcendən rəngarəng fotolar
Xatun yeni fotosessiya etdirir
Safuranın oğlu ilə yeni fotosu
 Günelin 300 cüt ayaqqabısı var

Facebook instagram Twitter Youtube
ULDUZ

“Maşın” realiti şounun 16-cı sürəti başlayır 

11-05-2018


Ölkənin ən bahalı və ən reytinqli şousu olan “Maşın” mayın 28-də efir həyəcanını yaşamağa hazırlaşır.

“M Group Production”dan MUZ TV Azərbaycan kanalına verilən məlumata görə, növbəti dəfə 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. Demək olar ki, iştirakçı seçimi yekunlaşmaq üzrədir. İştirakçıların hamısı tanınan, sevilib-seçilən  məşhurlardır. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər yenilərə nisbətən azlıq təşkil edir. Müxtəlif kanalların siması olan tanınmış aparıcıların iştirakı da gözləniləndir. Bu dəfəki heyətin tərkibində meyxana ustaları, aktrisalar, repçilər hətta muğam ifaçıları da yarışacaq.

Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıqlar aparır və gündəlik toplantılar edir.

Məlumata görə, “Maşın” realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Respublika Günü start götürəcək şounun yeni loqosunun və konsepsiyasının tizeri gələn həftədən etibarən yayıma buraxılacaq.

Beləliklə, “Maşın” realiti şou 16-cı möhtəşəm sürəti ilə mayın 28-dən etibarən ATV-də tamaşaçılarla görüşə gəlir.
 

249 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May












































25 May