Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Türkiyə 2014-cü ildə də “Avroviziya” müsabiqəsinə qatılmayacaq

08-11-2013


    Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filippot, TRT-nin rəhbəri İbrahim Şahini ziyarət edib. O, “Avroviziya” mahnı müsabiqəsində hesablama sistemində  edilən haqsızlıqla bağlı üzr istəyib. Ziyarət zamanı Jan Pol hesab sistemində dəyişikliklər olunacağı ilə bağlı İbrahim Şahinə söz verib. İbrahim Şahin isə 2014-cü ildə də Türkiyənin “Avroviziya”da iştirak etməyəcəyini açıqlayıb. “2014-cü il üçün qərar vermişik. Türkiyə müsabiqədə 2014-cü ildə də iştirak etməyəcək. 2015-ci ildə ədalətli hesablama sisteminə keçirilərsə, yenidən “Avroviziya”da iştirak edə bilərik” - deyib.

   Viktoriya Bekhem “Harper`s Bazaar” jurnalının “İlin qadınları” mükafatlarının təqdimetmə mərasiminə oğlu Bruklinlə birgə qatılıb. Viktoriya qırmızı xalıda övladını öpüşlərə boğub. Gecədə dəbdünyasına qatqılarından dolayı xüsusi mükafatalan xanım Bekhem oğlunun geyimini şəxsən seçdiyini söyləyib.

    Aktrisa Tuba Büyüküstün ailə qurduqdan sonra gələn iş təklifləri rədd edib. “20 dakika” serialından sonra qəbul etmədiyi  dəvətlərin dəyəri 2 milyondur. Sənətçi  ailəsi ilə daha çox vaxt keçirtmək üçün təkliflərdən imtina etdiyini açıqlayıb. Qeyd edək ki, aktrisa 2011-ci ildə həmkarı Onur Saylak ilə ailə qurmuşdu. Cütlüyün Toprak və Maya adında əkiz qızları var.

    Müğənni Halil Sezai sevgili ilə Nişantaşında gəzərkən kameralara tuş gəlib. Özünəməxsus geyim tərzi ilə diqqət çəkən sənətçi qısa gəzintinin ardından dostları ilə bir məkanda istirahət edib. Son dövrdə jurnalistlərlə arasındakı buzları əridən Sezai müxbirlərə “Yorulmayasınız” deməyi də unutmayıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

645 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr