Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova və Sinan Akçılın konserti təxirə salındı

08-11-2013


    Noyabrın 8-də Aygün Kazımova və türk müğənnisi Sinan Akçılın verəcəkləri  konsert təxirə salınıb. Bu xəbəri xalq artisti özü deyib. O, sosial şəbəkədə bu barədə yazıb: “Sevənlərimə pis xəbər. Sinanla konsertim təxirə düşdü. Səbəb isə qeyri-peşəkar təşkilatçılıqdır. Çox təəssüf, heç istəməzdim ki, belə olsun, Amma oldu”. Təşkilatçı Nahid Emiloğlu konsertin niyə baş tutmamasının səbəblərini açıqlayıb:  “Bilirsiniz ki,  konsert qabağı müəyyən bir qonorar danışılır. Və buna görə də konsert hazırlanır. Aygün Kazımova ilə yanaşı, Sinan Akçılla da qonorar məsələsində razılığa gəlmişdik. Lakin sonda Sinan Akçıl qiymətini qaldırdı. Bu səbəbdən  razılğa gələ bilmədik və konsert baş tutmadı”.

    İlhamə Quliyeva noyabrIn 8-də paytaxtın məşhur restoranlarından birində konsert proqramı ilə çıxış edəcək. Saat 20:00-da başlayacaq tədbir və ziyafətdən ibarət olacaq proqramın biletləri yerindən asılı olaraq 200-300 manat arasında dəyişir

    Müğənni Zamiq Hüseynov istirahətə gedir. Axşam.az-ın məlumatına görə, toy mövsümünün başa çatmasından istifadə edən sənətçi dincəlmək qərarına gəlib. Bu haqda Zamiqin prodüseri Elnur Həsənov xəbər verib. O, müğənninin Avropa turuna çıxdığını bildirib: “Zamiq bu gün yola çıxır. Uzun müddət Bakıda olmayacaq. Bir çox Avropa şəhərlərini gəzəcək. Bilirsiniz ki, toy mövsümü bitdi. O da bu fürsətdən istifadə edib dincəlmək, yorğunluğunu üzərindən atmaq istəyir. Bakıya qayıtdıqdan sonra bir neçə yeni mahnı hazırlayacaq”.

    Ötən həftə ailə həyatı quran vizajist Nigar İbrahimova həyat yoldaşı Ruslanla Bakını tərk edir. Bu haqda məlumatı Nigar özü verib. Yeni evlənən cütlük bal ayına yollanacaqlar.
   “İlk olaraq Almaniyaya gedirəm. Bu, işlə bağlı olacaq. Orada treninqdə iştirak edəcəyəm. Əldən istifadə olunmadan makiyaj edən aparatı Azərbaycana gətirməyi düşünürəm. Daha sonra Mayamiyə yollanacağıq. Hər şeydən uzaqlaşıb istirahət etmək istəyirik. Geri döndükdə isə iki gün Dubayda qalıb alış-veriş edəcəyik".

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

881 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr