Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Tom Kruz məşhur jurnalları məhkəməyə verdi

07-11-2013


    Dünya şöhrətli aktyor Tom Kruz "Life & Style" və "In touch" jurnallarını məhkəməyə verib. Buna səbəb həmin nəşrlərin onun haqqında yanlış xəbər yaymasıdır. Belə ki, adıçəkilən dərgilər aktyorun qızı Surini tərk etdiyini yazıb. Hollivud ulduzu yazılanlara belə reaksiya verib: "Surini nə fiziki, nə mənəvi, nə də maddi cəhətdən tərk etmişəm. Xəbər yazılan zaman 2 filmin çəkilişi ilə məşğul idim. Qızımla çox gözəl münasibətimiz var". Tom Kruz məhkəmə iddiasına görə jurnallardan 50 milyon dollar təzminat istəyir.

    Tanınmış aktrisa Nurgül Yeşilçay sevgilisindən ayrılıb. O, 2 ildir birlikdə olduğu Tolqa Qaraçeliklə münasibətlərinə son qoyub. Cazibədar xanım artıq sevgilisi ilə birlikdə yaşadıqları evdən də köçüb. Nurgül bundan sonra İstanbulda yaşayacaq. Qeyd edək ki, Nurgül Yeşilçay bir müddət əvvəl sevgilisi ilə bağlı verilən suallara "Çox yaxşı anlaşırıq" deyə cavab vermişdi.

    Tanınmış müğənni Rihanna vətəni Barbadosda 85 yaşlı babasının ad gününü qeyd edib. Doğum günü fotolarını sosial şəbəkədə paylaşan sənətçi pərəstişkarlarını təəccübləndirib. Lakin sonradan yanındakı şəxsin babası olduğunu qeyd edən müğənni izləyicilərini məsələdən agah edib.

     Türkiyənin tanınmış müğənnisi Seda Sayan uzun müddət çalışdığı kanala geri qayıdır.Sənətçi təzə verilişində gəlin və qayınanaları yarışdıracaq. O, dekabrda efirə çıxacaq proqramı üzərində işləyir. İfaçının yeni layihənin hər detalına diqqət etdiyi bildirilir. Qeyd edək ki, Seda Sayan kanal ilə aylıq 600 min lirə məvacibə razılaşıb.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

878 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr