Nura doğum gününü Dubayda qeyd edib - foto
Cavidan Novruz aktrisaya tərif yağdırdı
Rəqsanənin Xalq Artisti ilə səmimi fotosu
Hava aprelin 24-də dumanlı olacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan küsülü olduğu Aygün Kazımova haqqında xoş sözlər deyib - gündəm

14-04-2018


Əməkdar Artist Röya Ayxan Xalq Artisti Aygün Kazımova arasında "soyuq münasibətlər" deyəsən istiləşməyə başlayıb.

Muztv.az xəbər verir ki, səhnəmizin şıltaq müğənnisi həmkarı Aygün Kazımova ilə küsülü olsa da, diva haqqında xoş sözlər deyib:

"O, əfsanədir. O, çevrilişdir. O, gözəl xanımdır. O, əsl şou qadınıdır. Amma mən oxuyanda, o ağlayırdı".

Röya Ayxan bir müddət əvvəl paylaşdığı arxiv video barədə də danışıb. O, Xalq Artisti Aygünün bunu barışıq üçün etdiyinə inanmadığını bildirib:

"O jest deyil. Jest odur ki, mən "Altın kelebek" alanda şəklimi paylaşardı. Deyərdi ki, təbrik edirəm. Onda gedib onun əlindən öpərdim. Amma o, belə paylaşım etməz".

Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən maraqlı video yayımlayıb. 2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - Əməkdar Artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alıb.

27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Aprel


















































22 Aprel