Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Röyadan daha bir hit

07-11-2013


    Röya ard-arda yeni mahnılarını təqdim edir. İfaçının növbəti hiti “Çarəsiz xəstəlik” adlanır. Nəzərinizə çatdıraq ki, sənətçi sözügedən ifanı verilişlərdən birində oxuyub. Qeyd edək ki, “Çarəsiz xəstəlik” mahnısının sözləri Leyli İsrafilovaya, musiqisi isə Pərviz Mahmudova məxsusdur.

    Noyabrın 25-də Səxavət Məmmədovun 60 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az saytına verilən məlumata görə, yubiley Beynəlxalq Muğam Mərkəzində olacaq. Tədbiri Xan Şuşinski Fondu təşkil edir. Qeyd edək ki, Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il, oktyabrın 23-də Ağdamın Abdal-Gülablı kəndində dünyaya gəlib. Cabbar, Bülbül, Üzeyir, Seyid, Xan kimi dahilərdən təhsil alan Səxavət Məmmədov 1991-ci il, sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.

    Müğənni Günel Zeynalova imicini dəyişib. Saçlarını kəsdirən sənətçi onu açıq rəngə boyayıb. Yeni görünüşdə fotolarını sosial şəbəkədə paylaşan Günel ötən gün İstanbulda aktrisa Məlahət Abbasova və balaban ifaçısı Əlixan Səmədovla görüşüb. Şam yeməyinə çıxan məşhurlar arasında Günelin atası Rəhman Zeynalov da olub.

 

 

Sevda Məmmədova

 

Muz-Tv.az

 

 

783 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr