Aktyorun xanımı 13 kil arıqladı
Ceylan imicini dəyişdi - foto
"Başqasında qüsur, ayıb axtarmaq asandır" - müğənni
Mətanətin üzü əyildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Selena Qomez: “Mən həmişə yaxşı qız olacağam”

06-11-2013


    Müğənni Castin Biberin keçmiş sevgilisi, aktrisa və müğənni Selena Qomez “Teen Vogue” jurnalına verdiyi müsahibəsində “Mən həmişə yaxşı qız olacağam” deyib. “Bir kişinin ailəsi ilə tanış eləmək istədiyi qızlardan olacağam. Oğlanların bir gecəlik əlaqə üçün seçdiyi qızlardan olmayacağam. Aşiq olanda bütün varlığımla sevirəm. Bitəndə də bir parçam qırılmış kimi oluram” –deyə Selan bildirib.

    “300 spartalı” filmi ilə şöhrət qazanan 43 yaşlı Cerard Batlerin homoseksual olduğu haqqında gəzən şayiələrə biri də əlavə olunub. Belə ki, iddialara görə,  “The Bounty hunter” filmindəki rol yoldaşı Cennifer Eniston aktyorun homoseksual olduğunu söyləyib.  Batlerin kinodakı müvəffəqiyyətinin artması ilə şəxsi həyatına maraq daha da artıb. 2009-cu ildə aktyorun bu barədə bir suala “Mən homoseksual deyiləm. Amma heteroseksual da deyiləm. Mən mənəm” deyə cavab verməsi hər kəsin heyrətini və şübhəsini daha da artırmışdı.

    Məşhur müğənni Pətək Dinçöz qazandığı pulları daşınmaz əmlaka yatırır. Ulduz bu günədək İzmirdə 7, İstanbulun müxtəlif səmtlərində 2 lyuks mənzil, Çeşmə və Quşadasında 2 villa alıb. Gözəl sənətçinin növbəti hədəfi isə Parisdə bir ev almaqdır.

    Həftəiçi hər gün “Gülben” adlı verilişlə heyranlarını sevindirən Gülbən Ergən həddən artıq idman etməsi ilə də gündəmə gəlib. Məşqçisi Şeyda Coşqunla çalışan və davamlı olaraq pilates edərək 11 kilo arıqlayan müğənni idman edərkən çəkdirdiyi şəklini Twitter-də izləyiciləri iləpaylaşıb. Məşhur sənətçi fiziki görüntüsünə görə Coşquna təşəkkür edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1261 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr






































18 Noyabr