Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

İradənin bacısının əri haqqında yeni maraqlı faktlar

01-11-2013


     İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın baş tutan toyu gündəmi alt-üst edib. Ruslan Musayev ilə ailə həyatı quran Nigar onun keçmiş həyat yoldaşının ittihamlarına məruz qalıb. Ruslan bəyin keçmiş həyat yoldaşı Samirə xanım müsahibəsində maraqlı faktları  söyləyib. Bütün bu ittihamlara Nigar susmayıb. Axşam.az saytına açıqlamasında xoşbəxt olduğunu söyləyən vizajist Ruslanın keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib. Çəkiliş zamanı Samirə xanımın yaxın qohumlarından biri adını gizlədərək daha bir faktı bizə aşkar etmək istəyib. O, Samirə və Ruslanın uşaqları ilə birlikdə şəkillərini bizə təqdim edərək məsələyə aydınlıq gətirməyə çalışıb.O, məhkəmə prosesi ilə əlaqədar nikah şəhadətnaməsinin özlərində olmadığını iddia etsə də, bizə yalnız kəbin kağızını göstərməklə kifayətlənib. Amma gecə ilə bağlı qalmaqal bununla bitməyib.Son zamanlar adət halını almış media əhlinə qarşı hörmətsizlik təəssüflər olsun ki, Nigar İbrahimovanın toyunda yenə də təkrarlanıb. Çox çətinliklə olsa da “Muz life”komandası  gecənin səs-küylü səbəbkarları olan  Nigar İbrahimova və onun həyat yoldaşını görüntüləyə bilib. Nigarın xoş gününə gələn şou-biznes əhli də onu tək qoymayıb. Kameramızı görən ulduzlarımız məşhur vizajisti təbrik ediblər. Bu da şou-biznesin növbəti qalmaqallı evliliyi. Bütün söz-söhbətlərə baxmayaraq cütlüyə xoşbəxtlik arzulayıb ömür boyu birlikdə olmasını diləyirik. Daha ətraflı süjetdə.

 

Sevda Məmmədova

Fuad Məmmədov

Bəxtiyar Nəsirli

 

Muz-Tv.az

 

2511 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul