Bob Dilana məxsus sənədlər hərraca çıxarıldı
Serialın aktrisası mükafat aldı - foto
Müğənni aktrisadan ayrıldı
Muazzez Ersoy üsyan etdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Devid Bekhem qəzaya düşdü

28-10-2013


    Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses şirkətinin adını dəyişdirir. Uzun illər “Tatlısəs” şirkətlər qrupu kimi qələmə verilən kompaniya artıq “İ.T.S” adı ilə tanınacaq. “İ.T.S”in açıqlaması isə “İbrahim Tatlı ses” kimi göstərilir.

    Məşhur futbolçu Devid Bekhem ABŞ-ın Kaliforniya ştatında yol qəzasına düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib. Məlumata görə, qəza futbolçunun günahı ucbatından baş verib. Onun hərəkət zamanı qarşı yola çıxdığı bildirilir. Nəticədə Bekhemin idarə etdiyi “Land Rover” qarşı yolla hərəkət edən, qadın sürücünün idarə etdiyi “Acura” maşını ilə toqquşub. Qəza zamanı futbolçunun 14 yaşlı oğlu Bruklin də avtomobildə olub.

    Müğənni Ledi Qaqa yeni "Artpop" albomunun tanıtımına davam edir. İfaçı diqqət çəkmək üçün yeni və qeyri-adi obrazlara girir.Berlindən Londona gələn sənətçi burada ruh görünüşündə pərəstişkarlarının qarşısına çıxıb. Ledi Qaqa daha sonra stiptiz göstərərək libasını tamamilə soyunub.Xatırladaq ki, müğənni son olaraq taxma bığ ilə Salvador Daliyə bənzədilmişdi.

    Tanınmış müğənni Kris Braun polis tərəfindən tutulub. 24 yaşlı Braun Vaşinqtonda, Ağ ev yaxınlığında baş verən mübahisədən sonra saxlanılıb.İfaçının 2 yoldaşı ilə birgə 1 nəfərə hücum etdiyi bildirilir. Hücuma məruz qalan şəxs yaralanıb və xəstəxanaya aparılıb. Kris Braun və dostları sabaha qədər nəzarətdə qalacaq.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

 

916 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti