Bob Dilana məxsus sənədlər hərraca çıxarıldı
Serialın aktrisası mükafat aldı - foto
Müğənni aktrisadan ayrıldı
Muazzez Ersoy üsyan etdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Daha bir müğənni ailə qurdu

26-10-2013


   Ötən gün Növrəslilər ailəsinin üzvlərindən olan tarzən Arslan Növrəslinin toyu baş tutub. Arslan Aybəniz adlı xanımla nikah masasına oturub. Gecənin ən maraqlı anlarından biri cazmen Şahin, müğənni Nurlan, şair Tərlan və səbəbkar Arslan Növrəsli qardaşlarının birgə ifası olub. Gecədə bəylə gəlin xüsusi rəqsləri ilə qonaqları heyran ediblər.

   Müğənni Günay İbrahimli yeni aldığı avtomobiliylə ilk dəfə görüntülənib. Sənətçinin maşını qara rəngli “Dodge Durango”dur. Çoxdandır “Cip” arzulayan Günaya nəhayət istədiyi model avtomobilə qovuşmaq nəsib olub.  Xatırladaq ki, bu yaxınlarda “Lexus” alan Günay ürəyincə olmadığı üçün onu satmaq qərarına gəlmişdi. Sənətçinin yeni maşınının qiyməti isə 39-55 min manat arasında dəyişir.

   Əməkdar artist Sənubər İsgəndərli ad gününü qeyd edib. Aktrisa doğum gününü təntənəli şəkildə keçirməyib. Özəl günü ilə bağlı danışan Sənubər İsgəndərli çox sayda təbrik aldığını deyib:“Bu, məni duyğulandırdı. Ad günü keçirməyi sevmirəm. Həmişəki kimi yalnız yaxın dostlarım və ailəmin əhatəsində oldum”.

   Ötən gün ad günü olan Hüseyn üçün Röyanın fanatlarından biri eksklüziv hədiyyə hazırlayıb.Şeir yazıb videoçarx düzəldən pərəstişkarı Nigar müğənninin oğlunu bu yolla sevindirmək istəyib. Videonu sizə təqdim edirik.

 

 

Sevda Məmmədova

 

Muz-Tv.az

1038 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti