Bob Dilana məxsus sənədlər hərraca çıxarıldı
Serialın aktrisası mükafat aldı - foto
Müğənni aktrisadan ayrıldı
Muazzez Ersoy üsyan etdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Britaniyanın 3 aylıq şahzadəsi xaç suyuna çəkildi

24-10-2013


    Britaniya şahzadəsi Uilyam və hersoqinya Keyt Middltonun övladı Georq Aleksandr Lui təntənəli mərasimlə xaç suyuna çəkilib. Xristian dininin əsasını təşkil edən bu tədbir oktyabrın 23-də Sent Ceyms sarayının Kraliyyət kapellasında reallaşıb. Üç aylıq körpənin 7 xaç atası və anası olacaq. Mərasimdə yalnız ailənin ən yaxınlarıvə dostları iştirak edib. Tədbirə sadəcə 22 qonaq qatılıb. Xatırladaq ki, Keyt və Uilyamsın ilk övladı olan Georq iyulun 22-də dünyaya gəlib.

    “Forbes” jurnalının məlumatına görə, pop ulduz Maykl Cekson bu il ərzində 160 milyon dollar gəlir əldə edərək mərhum incəsənət xadimləri arasında üçüncü dəfə ən çox “qazanan” məşhur adına layiq görülüb. Sənətçinin 2009-cu il üzrə əldə etdiyi gəlirinin Madonnanın illik qazancının miqdarını da geridə qoyduğu bildirilir.  Mərhum müğənniyə əsas qazancı “Cirque Du Soleil”-dəki iki şousu və “Sony/ATV” səsyazma studiyalarındakı səhmləri gətirib.  Reytinq sıralamasında ikinci yerə Elvis Presli layiq görülüb. Onun illik gəliri isə 55milyon dollar təşkil edib.

    Hollivud ulduzu Ceyk Gillenhol bir polis məmurunu canlandırdığı “Nightcrawler” adlı filmi üçün 9 kiloqram arıqlayaraq tanınmaz hala düşüb. Aktyor ekran işində Los Ancelesin qaranlıq dünyasında gizli agent işləyən Lui adlı operator rolunu ifa edib. Film üçün saçlarını uzadan 32 yaşlı ulduz: “Canlandırdığım Lui həm məcazi, həm də həqiqi mənada aç adamdır. Mən də onun ruhunu tam çatdıra bilmək üçün daim ac qalmışam” –deyib. Amma internetdə mövzuyla bağlı forumlarda fikir bildirən heyranları Gillenholun bu görüntüsündən o qədər də məmnun olmadıqlarını deyiblər.

     “Bridcit Consun gündəliyi” filmi ilə daha da məşhurlaşan aktrisa Rene Zelveger körpə övladlığa götürmək qərarına gəlib. Bunun üçün onun Ancelina Colinin həkimlərindən məsləhət aldığı bildirilir. Hazırda aktyorluq sənətindən tamamilə uzaqlaşan və özünü tamamilə şəxsi biznesinə həsr edən Rene bununla şəxsi həyatına daha çox zaman ayırmaq arzusundadır.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

889 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti