Acun İlıcalı həmkarı Zuhal Topalı məhkəməyə verir
Müğənni Yeganə verilişdə "boğuldu" 
Elton Hüseynəliyevin xanımı ilə fotosu
Ariana Grande sevgilisindən ayrılıb

Facebook instagram Twitter Youtube
ULDUZ

Samir Cavadzadə onu tənbəl adlandıran dostlarına irad bildirib: “Məni pis tanıtdırıblar"  

08-03-2018


Səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Samir Cavadzadə onu tənbəl adlandıran dostlarına iradını bildirib.

Muztv.az xəbər verir ki, sənətçi onu tamaşaçılara yalnış təqdim edən həmkarlarını qınayıb:

“Bu gün elə buna görə, əsəbiləşmişəm ki, dostlarım mənə “tənbəl” deyirlər. Tamaşaçılara məni pis tanıtdırıblar. Bunu efirlərdə çıxıb mənim dostlarım ediblər, tamaşaçılar deməyib ki…Fikirləşmişəm ki, dostdur, ərk edib, deyib".

S.Cazvadzadə dost seçimində yanılmadığını və incik düşdüyü həmkarına hesabat verməyi sevmədiyini deyib:

“Mən sadəcə nədənsə inciyib, kənara çəkilə bilərəm. Hesabat vermərəm. Günahim varsa, aydınlıq gətirəcəyəm, amma günahım yoxdursa, hesabat vermirəm, insan qoy oturub düşünsün. Məndən səbəbini soruşmadan irad bildirirlər. Minnət edərək sözlər yazırlar. Bəlkə, özünüz oturub düşünəsiz ki, Samir niyə aralı gəzir?".

Bununla bağlı süjetə martın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 

518 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr