“Şirin” ləqəbli aktyor yeni seriala çəkildi - video
Səmra Rəhimli açıq-saçıq geyinməy öyrədir
Cennifer Lopez cavanlaşdı - fotosessiya 
Vüqar Muradov subaylığın daşın atır

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq Artisti Nisə Qasımovanın doğum günüdür - video

13-02-2018


Bu gün Azərbaycanın Xalq Artisti Nisə Qasımovanın doğum günüdür.

Muztv.az xəbər verir ki, sənətçi 64 yaşını qeyd edir. 

Sənətçiyə adını açıqlamadığı şəxs şəxs tərəfindən gecə saat 12-də sürpriz olunub. Xalq Artisti İnstaqram səhifəsində bölüşdüyü videoya qeyd yazaraq təşəkkür edib:

“Gecə saat 12-dən sonra belə bir təbrik...İsrar etsəm də, adının açıqlanmasını istəmədi. Amma mən bu gözəlliyin qarşısında hələ də şokdayam. Çox minnətdaram. Deməyə söz tapmıram”.

Bu il yanvarın 27-də Nisə Qasımovanın evində "Vağzalı" çalınıb. Müğənni öz evində saxladığı bacısı qızına toy etmişdi. Şəhər restoranlarından birində baş tutan məclisə az sayda şou-biznes nümayəndələri dəvət olunmuşdu. Gecənin aparıcısı aktyor Sərxan Kərəmoğlu olmuşdu. Toyda Nisə Qasımova səbəbkarlar üçün mahnı da səsləndirmişdi.

Xatırladaq ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşından Əfsər Cavanşirovun rəhbərliyi ilə “Bənövşə” uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonra “S pesnyami jizni” beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən Dövlət Televiziyasının solisti olan müğənni Almaniya, Ukrayna, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İslandiya, Türkiyə, Rusiya və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib. O, 1994-cü ildə ilk dəfə Dövlət Televiziyasında müğənni-aparıcı kimi fəaliyyət göstərib.

156 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr








































12 Dekabr