Acun İlıcalı həmkarı Zuhal Topalı məhkəməyə verir
Müğənni Yeganə verilişdə "boğuldu" 
Elton Hüseynəliyevin xanımı ilə fotosu
Ariana Grande sevgilisindən ayrılıb

Facebook instagram Twitter Youtube
ULDUZ

Azərbaycan aktyoru dünyasını dəyişdi

12-02-2018


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilov 39 yaşında vəfat edib. 

Muztv.az  "Report"a istinadən xəbər verir ki, aktyor bu gün səhər saatlarında evində beyin qansızması nəticəsində dünyasını dəyişib.

Mərhum Şüvəlan qəsəbəsində, "Mirmövsüm ağa" ziyarətgahının yanında dəfn olunacaq. 

Xatırladaq ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.
 

132 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr