“Eurovision-2018” üçün mahnımız İngiltərədə hazırlanır
Elvinin gənc xanıma sarılan klipi - video
Xatun Əliyeva "Mənim Soyadımda" oxudu – video
"Fəlakət"in toy tarixi dəqiqləşdi

Facebook instagram Twitter Youtube
ULDUZ

“Muz life"ın bazar günü efiri maraqlı süjetlərlə zəngindir - həftəlik

11-02-2018


MUZ TV Azərbaycan kanalında yayımlanan "Muz life" xəbərlər buraxılışının fevralın 11-də, bazar günü efiri maraqlı süjetlərlə zəngindir.

Muztv.az xəbər verir ki, geridə qoyduğumuz həftədə yerli və xarici şou dünyasında baş verən maraqlı hadisələrə nəzər sala bilərsiniz. Odur ki, həftəlik yekun blokunu təqdim edirik.

Bəstəkarlar İttifaqında Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirlə bağlı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, bəstəkarlar Gövhər Həsənzadə, Vüqar Camalzadə və Ceyhun Allahverdiyev təəssuratlarını bölüşüblər.

Səhnəmizin “Məcnun”u Xalq Artisti Mənsum İbrahimov telekanalımıza açıqlamasında “Leyli və Məcnun” operasının 110 yaşından danışıb. O, bizə müsahibəsində bu hadisədən məmnunluq hiss keçirdiyini söyləyib.

Müğənni Çingiz Mustafayev “Sən” adlı yeni klipinə təqdimat mərasimi keçirib. Çingiz söz və musiqisi özünə məxsus olan yeni mahnısı barədə telekanalımıza açıqlama verib.

Cinema Plusda növbəti Azərbaycan istehsalı olan filmin qala gecəsi reallaşıb. “Qulyabani” adlı ekran əsərinin premyerasına filmin aktyor və yaradıcı heyəti qatılıb.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Bəstəkarlar İttifaqında reallaşan konfransda sənətkarın musiqi-ictimai fəaliyyəti, simfonik, kamera orkestri üçün yazdığı əsərləri haqqında geniş məlumatlar verilib.

Şəhər otellərinin birində “5 ilin uğuru mükafatı”nın təqdimetmə mərasimi keçirilib. “Show production”nın 5 yaşının tamam olması münasibətilə reallaşan gecədə 2018-ci ilin “Azərbaycan gözəli” də seçilib.

Telekanalımız şou-biznes nümayəndələri arasında növbəti sorğu keçirib. Səhnəmizin parlaq ulduzları “İndiyədək qazandığınız ən böyük məvacib nə qədər olub” sualına özlərinə məxsus şəkildə cavab veriblər.

Əməkdar Artist Manana Caparidze və müğənni Elnur Məmmədova səmimi münasibətləri ilə hər kəsdə maraq doğuracaq. Həmkarlar elə MUZ TV Azərbaycan kanalının kamerası qarşısında öpüşüb-görüşüblər.

Çəkildiyi komediya filmləri ilə hər kəsin üzündə gülüş yaradan aktyor Elcan Rəsulov şəxsi həyatı ilə bağlı açıqlama verib. Hətta aktyor arıqlamasının sirrini də açıb.

Müğənni Səidə Sultan heç bir həmkarı ilə küsülü olmadığını deyib. Sənətçi kin saxlamadığını və qəlb qırmağı sevmədiyini bildirib.

Əməkdar Artist Lalə Məmmədova telekanalımıza açıqlamasında ən böyük arzusunu dilə gətirib. Sənətçi fiziki məhtudiyyəti olan şəxlərin konsertlərə dəvət edilməsini və cəmiyyətə yenidən qatılmasını istəyir.

Müğənni Evlin Abdullayev bizə verdiyi müsahibədə “Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur” fikri ilə razılaşdığını bildirib. Elvin mövzu ilə bağlı öz düşüncələrini dilə gətirib.

Sərvətinin çox hissəsini xarici görünüşünə səf edən müğənnilər insanları hər zaman geyimlərinə xərclədikləri pulla təəccübləndirirlər. Müğənni Ayaz Qasımov isə imicində dəyişiklik etmək istəmədiyini dilə gətirib.

“Eurovision 2014” mahnı müsabiqəsində təmsilçimiz Dilarə Kazımova bu il yarışmada çıxış edəcək Aysel Məmmədovadan söz açıb. Müğənni həmkarına dəstək olaraq onun qalibiyyət qazanacağına inandığını deyib.

Müğənni Əlikram Bayramov MUZTV Azərbaycan kanalı vasitəsilə valideynlərə səslənib. O, onlara bir-birini sevən gəncləri ayırmamağı məsləhət görüb.

İfaçı Roza Zərgərli xarici məşhurların konsertlərdən qazan əldə etmələrindən danışıb. Sənətçi bu sistemin Azərbaycan şou-biznesində olmadığını bildirib.

Həmişə olduğu kimi, bu həftə də yerli şou aləmində maraqlı hadisələr baş verib. Söz və sənətləri ilə gündəmdə qalmağı bacaran ulduzların ən son məlumatlarını həftəlik yerli xəbər blokunda eşidəcəksiniz.

Xarici məşhurlarla bağlı xəbər blokunda "əcnəbi ulduzlar həftə ərzində hansı hadislərlə yadda qalıblar" sualına cavab da tapacaqsınız.

Beləliklə, daim fəaliyyətdə olan yerli və xarici şou-biznes aləmində həftə ərzində baş verən xəbərlərə bu gün - fevralın 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalının "Muz life" verilişində baxa bilərsiniz.
 

21 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral




17 Fevral