Müğənni təbii halını video ilə göstərdi
Sevil-Sevinc bacıları keçmişlərini xatırlatdılar 
Rus Dram Teatrının sentyabr repertuarı 
Günelin dodaqları müzakirə obyektinə çevrildi

Facebook instagram Twitter Youtube
ULDUZ

Günay İbrahimli 27 yaşında – foto

10-02-2018


Bu gün müğənni Günay İbrahimlinin doğum günüdür.

Muztv.az xəbər verir ki, sənətçi 27 yaşını qeyd edir.

İfaçı 1991-ci ilin fevralın 10-da anadan olub. Sənətə 2007-ci ildə “Yeni Ulduz” yarışmasından sonra gəlib.

Qısa vaxt ərzində sevilən ulduz müğənni biri-birinin ardınca “Səndən öncə səndən sonra”, “Mən də sənə inanırdım”, “Əmanət”, “Dəlisiyəm gecənin”, “Ola bilərdin”, “Sənə bağlanıram”, “Biri var orda”, “Söz olar”, “Bəlalı, “O kimdir ki?”, “Qətran” kimi hitlərə imza atır. Onun klipi “Əllərim darıxmasın”dir.

Müğənni Elton Hüseynəliyev İnstaqram səhifəsində Günayla fotosunu paylaşaraq ona xoş sözlərini ünvanlayıb:

“Səni ürəkdən təbrik edirəm. Sən ən böyük xoşbəxtliyi yaşayırsan. Milyonlarla insan sənə pərəstiş edir. Sevilirsən, sevirsən. Allah bu gözəl, hüzurlu həyatını davamlı etsin. Çox yaxşı dostsan, dəyərli insansan. Arzulara çatmaq ən böyük var-dövlətdir, onu da sənə arzu edirəm. Nəzərdən uzaq ol”.

Xatırladaq ki, ifaçı illər öncə özünü müxtəlif verilişlərdə aparıcı kimi də sınayıb. 3 ildir Rəşad adlı şəxslə sevgilidir.

















377 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul






























22 İyul