Bob Dilana məxsus sənədlər hərraca çıxarıldı
Serialın aktrisası mükafat aldı - foto
Müğənni aktrisadan ayrıldı
Muazzez Ersoy üsyan etdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Gənc xanəndələr mükafatlandırıldı

04-10-2013


     Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə məktəbli və gənclər arasında milli musiqi müsabiqəsi başa çatıb.  Finalçılar oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində keçirilən mükafatlandırma mərasimində yekun konsertlə çıxış ediblər.  Tədbirdən əvvəl suallarımızı cavablandıran münsif  kürsüsündə əyləşən xalq artisti Canəli Əkbərov gecənin önəmindən danışaraq Xan Şuşinski haqqında fikirlərini bizimlə bölüşüb. Ilk olaraq səhnəyə təşrif  buyuran  mərasimin aparıcısı 11 finalçı arasından qalibi seçəcək olan münsiflər heyətini qonaqlara təqdim edib və  müsabiqənin məqsədlərini sadalayıb. Daha sonra finalçılar bir-birinin ardınca öz ifalarını tamaşaçılara,muğam ustaları və incəsənət xadimlərinin əyləşdiyi münsiflərə təqdim ediblər. Gecənin sonunda  qaliblər mükafatlandırıldılar. Münsif heyətinin qərarına əsasən3-cü yerin sahibi Cəmil Məmmədov oldu . 2-ci yeri  Şəmşad Məmmədov və Ruhani Aslanlı paylaşıblar. Müsabiqədə 1-ci yerə iki ifaçı - Rəhilə Məmmədova və Müzəffər Yusifli layiq görülüblər. Qaliblərə sırayla 1000, 500 və 300 manat təqdim edilib.

 

Sahilə Aslanova

Bəxtiyar Nəsirov

 

Muz-Tv.az

 

 

976 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti