Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənninin şərəfinə 50 şüşə şampam partladıldı

07-09-2013


    Dünya şöhrətli müğənnisi Beyons öz sadə hərəkəti ilə seçilib.İfaçı dostları ilə birgə istirahət mərkəzlərindən birinə gedib. Karusellərə minərək adrenalin yaşayan ulduz şəkillərdə də göründüyü kimi, olduqca əylənib.

    Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl model Ebru Şallı ilə eşq yaşayır. Bu haqda köşə yazarı Serhan Sokulqan öz məqaləsində qeyd edib. O, həyat yoldaşından yenicə ayrılan Ebrunun Sinanla birlikdə olduğunu yazıb.

    Dünyanın ən məşhur qlamur ulduzlarından biri, amerikalı Paris Hiltonun son hərəkəti sosial şəbəkələrlə yanaşı, telekanallarda da müzakirə obyektinə çevrilib. 

ABŞ-ın məşhur xəbər telekanallarından biri isə "Parisin bu hərəkəti milyonçuları da heyrətləndirdi" deyib. Həftəsonunu Las-Veqasda ziyafətdə keçirən 32 yaşlı ifaçı məclisi qəflətən tərk edib. "Bağışlayın, itlərim üçün darıxdım. Çox darıxdım" deyən Paris hava limanına üz tutub. Burada o, reaktiv təyyarəsinə minib və Los-Ancelesə yollanıb. Sonra isə darıxdığı itlərlə çəkdirdiyi fotoları İnstagram fotoservisində yayıb."Bu itləri çox sevirəm. Onlar mənim ailəmdir. Boy isə sanki kiçik qardaşımdır", - deyə Paris Hilton yazıb.

    Türkiyənin məşhur yerlərinin birində reallaşan partidə, məşhur sənətçi 50 Sent şərəfinə 50 şüşə şampan partladılıb. "I love you Türkiyə, I love you İstanbul" deyən məşhur repçi, partiyə qatılanlara unuda bilməyəcəkləri bir gecə yaşadıb.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

639 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr