Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda Yahyayeva konsertində Rəhim Rəhimli ilə duet oxuyacaq

07-09-2013


     Müğənni Çingiz Mustafayev meyxanaçı İntiqam və Ehtiram qardaşları ilə duet oxuyacaq.  Bu haqda sənətçi özü məlumat verib. O, maraqlı duet hazırladıqlarını bildirib:

“Neçə gündür bu layihə üzərində işləyirik. Mahnı seçimini Ehtiram və İntiqam qardaşları edib. Maraqlı duet alınacağına inanıram”

     Müğənni Sevda Yahyayevanın sentyabrın 21-də “Yaşıl Teatr”da sevənləri ilə görüşəcəyini xəbər vermişdik. Belə ki,müğənni “Unut” adlanan solo konsertinə xüsusi hazırlaşır. Təşkilatçılığını prodüser Tolikin etdiyi gecədə Sevda Gürcüstandan gələn 14 nəfərdən ibarət rəqs qrupu ilə şou göstərəcək. Sənətçini estrada ansamblı müşayiət edəcək. Tolikin hazırladığı səhnə dekorasiyası da fərqliliyi ilə seçiləcək.  Sevdanın konsert zamanı müğənni Rəhim Rəhimli ilə duet oxuyacağı gözlənilir.

     Bəstəkar Gövhər Həsənzadə mahnılarını ifa edən sənətçilər üçün albom çıxaracaq. Belə ki, onlar arasında ilk sırada əməkdar artist Almaz Ələsgərli var. 

Bəstəkar sənətçinin yeni albomunun maraqla qarşılanacağını bildirib: “Almaz öz sözünü demiş ifaçıdır. Onun gözəl mahnıları, səsi var. Mənim bir çox bəstələrimi ifa edib. Həmin mahnılardan ibarət albom hazırlayacam. Bilirəm ki,yaxşı da alınacaq. Almazın türkiyəli müğənni Səlami Şahinlə duet oxuyacağını demişdim. Bu layihə hələ də qüvvədədir, yaxın günlərdə gerçəkləşdirəcəyik”. Gövhər Həsənzadə daha sonra müğənni Xatirə İslam və İradə İbrahimova üçün də öz bəstələrindən ibarət SD hazırlayacağını bildirib:“İradə və Xatirə də mənim lazımı qədər maraqlı bəstələrimi oxuyublar. Onların hamısını bir yerə toplayıb, ayrıca albom şəklində çıxaracam”.

 

Fuad Məmmədov

 

Muz-Tv.az

 

695 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr