Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Fərda Xudaverdiyev: “Ümid edirdim ki, konsertdə bir yer belə boş qalmayacaq”

06-09-2013


    Nahid Emiloğlunun təşkilatçılığı ilə Fərda Xudaverdiyevin Yaşıl teatrda  “Stand up” adlı konserti baş tutub.Yumoristik aktyora dəstək olmaq üçün gecəyə şou-biznes nümayəndələrindən Zamiq Hüseynov, Günay İbrahimli, Emil Bədəlov, Yaşar Cəlilov, Namiq Qaraçuxurlu, Ayaz Qasımov, Kərim Abbasov və s. də qatılıb. Zarafatlarından qalmayan Fərda da dörd gün əvvəl eyni məkanda konsert verən Günay İbrahimli kimi zalda əylaşən tamaşaçıları, elə səhnədəcə öz mobil telefonu ilə videoya çəkib. Konsertdən sonra müsahibə verən təşkilatçı və Fərda hər şeyin yaxşı olduğunu deyib. Nahid bəy Fərdanı Türkiyənin gülüş ustası Cem Yılmazla müqayisə edərək: “Cem Yılmaz konsertlərində söyüş söyür, Fərda isə bunu etmədi. Mənim fikrimcə, uğurlu alındı. Cem Yılmazla danışıq aparmışıq, bir həftəyə Fərda ilə İstanbulda görüşünü təşkil edəcəyəm”. Konsert barədə daha ətraflı süjetdə izləyə bilərsiniz.

 

Sevda Məmmədova

Ramal Gülməmmədov

 

Muz-Tv.az

1031 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr