Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Demet Akalının Bakı konserti təxirə düşdü

06-09-2013


    Türkiyəli müğənni Demet Akalının Bakı konserti təxirə düşüb. Bu haqda Axşam.az-a məlumat verən konsertin təşkilatçısı şairə Günel Sərdarqızı məsələyə aydınlıq gətirib: “Bu işlərdə qarşı tərəflə bağlı heç bir problem yox idi. Bizdə olan bəzi səbəblərə görə təxirə salmaq məcburiyyətində qaldıq. Konsert sentyabrın 21-də baş tutmalı idi. Amma Demetin Bakıya gəlişi ya gələn ay, ya da yeni il ərəfəsinə planlaşdırılır”-deyə bildirib.Günel Demet üçün yazılan mahnıdan da söz açaraq: “Musiqisi Gövhər Həsənzadəyə, sözləri mənə aid olan mahnı “Unutamayım" adlanır. Demet bəstəni çox bəyənib. Amma hələ ki, onu ifa etməyəcək. Çünki bu Azərbaycanla bağlı bir layihədir. Mahnını ilk dəfə Bakı konsertində təqdim etməlidir”-deyə o, əlavə edib.

   Rusiyalı müğənni Qlyukoza ötən gün Azərbaycana gəlib. Sənətçi Bakını gəzintiyə çıxıb və şəhər haqda təəssüratlarını sosial şəbəkədə yazaraq: “Bakı küləklər şəhəridir. İçərişəhər qədim arxitektura ilə müasirliyin sintezidir. Burada hər şey gözəldir.Burada yerli kişilər mənə nərd oynamağı da öyrətdilər. Heyif ki, gəzinti sona çatdı. Mən bu şəhərə aşiq oldum”-deyə əlavə edib.Qeyd edək ki, Qlyukoza sentyabrın 6-da istirahət mərkəzlərinin birində konsert proqramı ilə çıxış edəcək.

   Əməkdar artist Abbas Bağırov qolf oynamağa başlayıb. Müğənni sosial şəbəkə vasitəsilə bu idman növünü ölkəmizə gətirən Azərbaycan qolf federassiyasının prezidenti Anar Məmmədova təşəkkür edib.İfaçı:“Artıq başladım qolf oynamağa. Bu idman növünün belə gözəl olduğunu bilmirdim. İndi bildim və çox hörmətli Anar Məmmədov cənablarına təşəkkürümü bildirirəm ki, bu idman növünü Azərbaycana gətirdi. Hətta artıq məktəbi də var. Peşəkar müəllimləri ilə tam yüksək standartlara uyğun qolf meydançası ilə fəaliyyət göstərən məktəbdən böyük zövq aldım”-deyə əlavə edib. 

   Müğənni Kərim Abbasov sosial şəbəkədə öz yeni, “Sevəcəm” adlı kompozisiyanı təqdim edib. Yeni işindən  danışan müğənni yaxın zamanlarda bu kompozisiyaya klip çəkdirməyi düşündüyünü deyib.Müğənni :“Mən bu mahnımı bütün sevənlərə həsr edirəm. Əminəm ki, ifam hitə çevriləcək. Mahnının musiqisi və sözləri Nihada, aranjimanı isə Rübail Əzimova məxsusdur. Bu mahnıya ekran həyatı verməyi də düşünürəm. Klip hazır olan kimi təmtəraqlı təqdimatını kecirəcəyəm” –deyə əlavə edib.

 

Səma Ələsgərova

 

Muz-Tv.az

775 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr